Tehranda Fələstini müdafiə üzrə xalq təşkilatlarının beynəlxalq konfransı keçirilir
İRİB-nin verdiyi məlumata görə, Tehranda Fələstini müdafiə edən fəallar vəxalq təşkilatlarının beynəlxalq konfransı keçirilir.
Bu məlumata görə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Fələstini himayə üzrə xalq təşkilatlarının nümayəndələri Tehranda bir araya gələrək, Fələstin xalqını və İntifazəni müdafiə və himayə yolları barədə fikir mübadiləsi aparırlar.
30-dan artıq təşkilatdan nümayəndələrin qatıldığı bu konfransda ortaq bir əməliyyat proqramının yaradılması üçün birgə əməliyyat planları təqdim ediləcək, virtual aləmdə Fələstin məsələsinin təbliğ edilməsi y olları araşdırılacaq və Fələstin məsələsinə dəstək vermək üçün mədəni qrumların öz fikirlərini bəyan etmələrinə şəraitin yaradılması yolları müzakirəyə çıxarılacaq.
Fələstini müdafiə edən xalq təşkilatları konfransı 6-cı beynəlxalq Fələstin İntifazəsini Himayə konfransından 1 gün sonra Tehanda işə başlayıb.
6-cı beynəlxalq Fələstin İntifazəsini Himayə konfransının iştirakçıları çərşənbə günü bir bəyanat qəbul edərək, Fələstinə qarşı işğalçılığın durdurulması, Fələstinin ərazi bütövlüyünün qorunması və Qüdsün paytaxt olması ilə müstəqil Fələstin ölkəsinin yaradılmasını vurğulayıblar.