İranın futbol komandaları Asiya Çempionlar Liqasının qrup mərhələsində qələbə qazandılar
-
İranın futbol komandaları Asiya Çempionlar Liqasının qrup mərhələsində qələbə qazandılar
Tehranın Estiqlal və Xuzestanın Estiqlal komandaları Səudiyyə Ərəbistanının Əttəavün və Birləşmiş Ərəb Əmirliklərinin Əl-Cəzirə komandalarına qalib gələrək, Asiya Çempionlar Liqasının 1-ci və 2-ci qruplarında liderliyə yüksəliblər.
Pars Today-in verdiyi məlumata görə, Tehranın Estiqlal komandası dünən gecə Omanın Masqat şəhərinin Qabus stadionunda Səudiyyə Ərəbistanının Əttəavün komandası ilə oyununu 3-0 hesabı ilə bitirmişdir.
Tehran təmsilçisi bu qələbə ilə Asiya Çempionlar Liqasının 1-ci qrupunda liderliyə yüksəlib. Bu qrupda dörd komanda iki oyuna üç xal toplayıb.
Asiya Çempionlar Liqasında iştirak edən İran təmsilçisi Xuzestanın Estiqlal komandası da BƏƏ-də bu ölkənin Əl-Cəzirə futbol komandası ilə matçda 1-0 hesabı ilə qalib gəlmişdir. Beləliklə bu komanda 6 xal toplayıb və Asiya Çempionlar Liqasının 2-ci qrupunun lideridir.