Mart 11, 2017 22:33 Asia/Baku
  • Almaniya və Türkiyə analiz sisteminin istehsalında İranla əməkdaşlıq etmək istəyir
    Almaniya və Türkiyə analiz sisteminin istehsalında İranla əməkdaşlıq etmək istəyir

İranın bir elmtəməlli şirkətinin icra direktoru elektrik stansiyası analiz sisteminin istehsalında İranla əməkdaşlıq etmək üçün Almaniya və Türkiyənin müraciət etdiyini bildirib.

İRNA-nın məlumatına görə, Piramun Sistem Qeşm Şirkətinin icra direktoru Məhəmməd Rüfətmah deyib: İranda ilk dəfə olaraq elektrik stansiyasının su və buxar analiz sisteminin yerliləşdirilməsi Almaniya və Türkiyə şirkətlərinin belə avadanlıqların istehsalında əməkdaşlıq etmək istəmələrinə səbəb olub. 

Rüfətmah əlavə edib: İranda yerli potensiala arxalanaraq istehsal olunana analiz sisteminin icrası ölkənin bu sahədə idxalata ehtiyac duymamasından əlavə, 3 milyon avro dəyərində valyutanın ölkədən çıxmasının qarşısı alınacaq. 

110 atmosfer təzyiq və 550 dərəcəlik elektrik stansiyasının buxarın saflaşdırılması və keyfiyyətin ölçülməsi sistemi ilk dəfə olaraq İranda yerliləşdirilmiş və Qeşm Azad Ticarət Zonasında Müqavimət İqtisadiyyatı siyasətləri çərçivəsində istehsal olunmuşdur. 

Teqlər