Müqəddəs Müdafiə dövrünün 160 şəhidinin cənazəsi İrana gətirildi
https://azeri.sahartv.ir/news/İran-i262308-müqəddəs_müdafiə_dövrünün_160_şəhidinin_cənazəsi_İrana_gətirildi
Müqəddəs Müdafiə dövrü şəhidlərindən olan 160 şəhidin cənazəsi həzrət Ümmül-Bənin(s)-in vəfatı günü və şəhid anaları və həyat yolaşlarının anım günündə Ərvənd çayından keçərək, İranın cənubunda yerləşən Xuzestan ostanına daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2017 09:49 Asia/Baku
  • Müqəddəs Müdafiə dövrünün 160 şəhidinin cənazəsi İrana gətirildi
    Müqəddəs Müdafiə dövrünün 160 şəhidinin cənazəsi İrana gətirildi

Müqəddəs Müdafiə dövrü şəhidlərindən olan 160 şəhidin cənazəsi həzrət Ümmül-Bənin(s)-in vəfatı günü və şəhid anaları və həyat yolaşlarının anım günündə Ərvənd çayından keçərək, İranın cənubunda yerləşən Xuzestan ostanına daxil olub.

İRİB-nin verdiyi məlumata görə, bu şəhidlərin cənazələri İrana daxil olduğu zaman Xorrəmşəhrin Limanlar və Gəmiçilik Baş İdarəsinin qaravul dəstəsi, yerli sakinlər və "Nur Yolçuları" karvanları tərəfindən qarşılanıblar. 

İran silahlı qüvvələri Baş Qərargahının itkinlərin axtarışı komitəsinin qərargah komandanı Hüseyn Eşqi şənbə günü deyib: Bu şəhidlərin cənazələri İraqın cənubunda, Bəsrə və Əmmarə vilayətlərindəki əməliyyat məntəqələrində həyata keçirilmiş son axtarışlar zamanı aşkar edilib. 

Onun dediyinə görə, bu şəhidlər "Vəlfəcr-8", Kərbəla-4", Ramazan, Xeybər, Bədr, "Vəlfəcr-1" və Məhərrəm əməliyyatlarında şəhid olanlardırlar.