Mart 30, 2017 13:21 Asia/Baku
  • Qasimi: Müdaxilə etməmək və dinc qonşuluq münasibətləri İranın həmişəki siyasətidir
    Qasimi: Müdaxilə etməmək və dinc qonşuluq münasibətləri İranın həmişəki siyasətidir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İranın digər ölkələrin daxili işlərinə qarışmağa ehtiyacı yoxdur və dinc qonşuluq münasibətləri və müdaxilə etməmək İranın daimi siyasətidir.

Bəhram Qasimi Ərəb Liqasının son sammit iclasının yekun bəyanatına reaksiyada deyib: Bəzi ərəb və müsəlman ölkələrin başçıları  region və islam dünyasının əsas problemlərə və bütün müsəlman ölkələri hədələyən təhlükələrə diqqət yetirməkdənsə dostu düşməndən ayırmaqda səhvə yol veriblər. 

Qasimi İranın 3 adası barədə iddianın təkrarlanmasına da münasibət bildirib: Bu adalar İran adaları olub və olacaq, bu barədə yalan iddiaların təkrarlanması tarixi həqiqəti dəyişməyəcək. 

Ərəb Liqasının İordaniyada keçirilən son sammit iclasının yekun bəyanatında Birləşmiş Ərəb Əmirliklərinin Böyük Tonb, Kiçik Tonb və Əbu-Musa adalarına hakimiyyəti iddia olunub. 

İranın XİN sözçüsü İslami İranı sionis rejimin yerinə qoymaq və düşmən kimi göstərmək üçün gedən bəzi cəhdlərdən təəssüfləndiyini bildirərək deyib: Qeyri-qanuni, qəsbkar və uşaq qatili olan sionist rejimin on illiklər boyu müsəlmanlar və ərəblərə qarşı törətdiyi cinayətlər heçvaxt region xalqlarının və dünyanın vicdanlı insanlarının yaddaşından silinməyəcək. 

Teqlər