İran 350 milyon dollarlıq əl xalçaları ixrac edib
Apr 16, 2017 18:12 Asia/Baku
-
İran 350 milyon dollarlıq əl xalçaları ixrac edib
İranda Əl Xalçaları İstehsalçıları Kooperasiyaları Birliyinin icraçı müdiri ötən il İranın 350 milyon dollar dəyərində əl xalçaları ixrac etdiyini bildirib.
İRİB-nin verdiyi məlumata görə, Abdullah Bəhrami bazar günü İranın əl xalçalarının yeni bazarlara ixrac edilməyə başlamasından xəbər verib və deyib: 2016-cı ildə İranın əl xalçaları ixracatı öncəki il ilə müqayisədə 60%-lik artımın şahidi olub.
Bəhrami əlavə edib: İranın əl xalçaları mədəniyyət, incəsənət, tarix, məşğulluq və gəlir baxımından mühüm rola malikdir.