Son bir il ərzində İranın ixracatı 35 faiz artıb
-
Son bir il ərzində İranın ixracatı 35 faiz artıb
İranın sənaye, mədən və ticarət naziri deyib: Son bir il ərzində İranın ixracatı 35 faiz artıb.
İranın sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə dünən axşam Tehranda dövlətlər özəl sektor arasında dialoq şurasının iclasında etdiyi çıxışında deyib:Həyata keçirilmiş tədbirlər nəticəsində İran mallarının ixracatı daha da artacaq.
Nazir azad ticarət zonalarının ixracat sahəsindəki əvəzedilməz rolunu vurğulayaraq deyib: Azad ticarət və iqtisadiyyat zonaları iqtisadi rövnəqlənmə, istehsal və ixracatın artırılması üçün əlverişli vasitədir.
Nemətzadə həmçinin İranın daxili istehsalına mənfi təsir edən idxalatın qarşısının alınmasına toxunaraq deyib: İranın sənaye və ticarət nazirliyi ölkə daxilində kifayət qədər istehsal edilən 700 növ malın siyahısını hazırlamaqdadır və bu malların idxalatı hökumətin göstərişi ilə dayandırılacaq.
İran İslam Respublikası gömrüyü 2017-ci il yanvar ayının axırlarında bildirib ki, 2016-cı il aprel-dekabr aylarında İranın qeyri-neft ixracatının dəyəri 9 faiz artıb və 31 milyard 539 milyon dollara çatıb.