Apr 20, 2017 11:09 Asia/Baku
  • İran hökuməti var gücü ilə daşqından zərər çəkənlərin kənarındadır
    İran hökuməti var gücü ilə daşqından zərər çəkənlərin kənarındadır

İran İslam Respublikası Prezidenti deyib: Hökumət var gücü ilə seldən zərər çəkən ostanların sakinlərinin kənarında duracaq və infrasturukturlaın bərpası sahəsində də əməliyyata başlayacaq.

İRNA-nın verdiyi məlumata görə, Həsən Ruhani dünən Şərqi Azərbaycanın fövqəladə hallar üzrə koordinasiya şurasının iclasında , yardımçı qruplar, qırmızı aypara cəmiyyəti, polis, islam inqilabı gözətçiləri korpusu və ordu qüvvələrinin daşqından zərər çəkənlərə yardımda geniş iştirakına toxunaraq deyib: İranın Qırmızı Aypara Cəmiyyətinin təchizat və imkanlar baxımından durumu bir neçə il öncəki ilə müqayisədə daha da yaxşılaşıb və hadisələrdə fəaliyyət üçün tam hazırlığa malikdir. 

Ruhani deyib: Daşğın nəticəsində dəyən ziyanların aradan qaldırılması üçün bütün dövlət orqanları fəaliyyətə başlayacaq. 

Ötən həftə cümə axşamı və cümə günlərində şərqi Azərbaycan, qərbi Azərbaycan, Ərdəbil və Kürdüstan ostanlarının müxtəlif bölgələrində baş verən güclü daşqınlar nəticəsində maddi ziyanlar əmələ gəldi və Azər şəhər və Əcəbşirdə isə 42 sakin həlak oldu.

İran prezidenti şərqi Azərbaycan ostanında daşqından zərər çəkənlərin son durumunun araşdırılması və bir neçə layihənin istifadəyə verilməsi məqsədi ilə bu gün səhər Təbrizə daxil olub. 

Teqlər