Apr 27, 2017 15:38 Asia/Baku
  • İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif
    İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın xarici diplomatiya idarəsinin Pakistan ilə sərhəd məntəqədə iranlı sərhədçilərin şəhid edilməsi hadisəsinin araşdırılması və terrorçuların cəzalandırılması üzrə ciddi səylər həyata keçirməsindən xəbər verib.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı bir müraciətdə iranlı sərhədçilərin Pakistan ilə sərhəd məntəqədə terrorçu-təkfirçi "Ceyşül-Zülm" qruplaşması tərəfindən şəhid edilməsi münasibəti ilə başsağlığı verib.

Məhəmməd Cavad Zərif cümə axşamı iranlı sərhədçilərin Pakistan ilə sərhəd məntəqədə terrorçular tərəfindən şəhid edilməsi münasibəti ilə başsağlığı verib.

İranın vitse-prezidenti İshaq Cahangiri də iranlı sərhədçilərin terrorçular tərəfindən şəhid edilməsini nifrət doğuran və insanlığa yaraşmayan bir cinayət adlandırıb.

İ.Cahangiri deyib: Terrorçular bilməlidirlər ki, bu kimi xəyanətkar və cinayətkar əməllər ilə İran İslam Respublikası quruluşunun polad iradəsinə xələlə gətirə bilməyəcəklər və heç şübhəsiz bu cinayəti törədənlər öz çirkin əməllərinin cəzasını çəkəcəklər.

Teqlər