May 05, 2017 17:57 Asia/Baku
  • Prezidentliyə namizədlərin ikinci tele-debatı
    Prezidentliyə namizədlərin ikinci tele-debatı

12-ci İran prezidentliyinə 6 namizədin 2-ci tele-debatı bu gün günortadan sonra siyasət-mədəniyyət mehvəri ilə Mustafa Mirsəlim, İshaq Cahangiri, Məhəmməd Baqir Qalibaf, Mustafa Haşimitəba, Həsən Ruhani və İbrahim Rəisi arasında keçirilməkdədir.

Təxminən 3 saat davam edəcək 12-ci İran prezidentliyinə 6 namizədin 2-ci tele-debatında namizədlər ictimai məsələlər haqda öz proqram və baxışlarını bəyan edirlər. Bu debat canlı şəkildə İranın Radio və Televiziyasının 1-ci telekanalından yayımlanır. 

Məhəmməd Baqir Qalibaf püşkatma ilə ilk namizəd idi ki, təhsil proqramları barədə ondan sual soruşuldu. 

Namizədlər ayrılan vaxt ərzində onun mövqelərini tənqid və ya dəstəkləyirlər. Qalibaf ölkənin təhsil sistemində araşdırma və innovasiya, təhsilin keyfiyyətinin yüksəldilməsi və elmi inkişafın sürətləndirilməsi haqda verilən sualı belə cavablandırıb: Bu sektorda həmişə bədbin və nikbin baxış mövcuddur. İlk baxış qəyyumluq və bütün mədəni məsələlərə nəzarət baxışıdır. İkinci baxış isə əsas diqqət vətəndaşların məlumatlandırılmasıdır. Belə ki, onlar güclənməklə ictimai qurumların köməyi ilə rola malik ola bilərlər. 

Mustafa Mirsəlim Qalibafın sözlərinə reaksiyada bildirib: Siz irəli sürülən suala düzgün cavab vermədiniz. Ölkədə təhsilin keyfiyyəti müəllimlərin mövqeyi ilə əlaqədardır. Təəssüflər olsun ki, ölkədə müəllimlərə düzgün mövqe verilməmişdir, onlar məişət baxımından yaxşı durumda deyillər və gəlir əldə etmək üçün bir neçə yerdə işləməyə məcburdurlar. Bu şərait qəbulediləsi deyildir. 

Həsən Ruhani deyib: Əgər ictimaiyyətin mədəniyyət və təhsil sahəsini yüksəltmək istəyiriksə, infrastrukturlara diqqət yetirməliyik. Etik baxımdan, ilk öncə infrastrukturdur. Biz vətəndaşların haqqına riayət etməliyik, vətəndaşların haqlarını əsla tapdalamaq olmaz. Əgər elm və araşdırmanın irəliləməsini istəyiriksə, ictimaiyyətdə azadlıq olmalıdır. 

Mustafa Haşimitəba bildirib: Düşünürəm ki, təhsil və təlimin inkişafı adlı sənədi, 1404-cü günəş ili perspektivi və 2030 YUNESKO sənədi yerinə yetirilərsə, təlim-təhsilimiz inkişaf edəcək. Konstitusiyada mövcud olan bir nöqsan budur ki, universitetlərin elmi üzvləri 2-ci peşə seçə bilərlər. Halbuki onların işi sadəcə elm, araşdırma və tələbələrin müşavirəsidir. 

İshaq Cahangiri Qalibafın söhbətlərinə reaksiyada bildirib: Ölkənin təlim-təhsilində inkişafa ciddi diqqət yetirilməlidir. Müəllimlərin təhsil və məişətində dəyişiklik diqqət mərkəzində saxlanılmalıdır. 11-ci hökumətdə bütün məhdudiyyətlərə rəğmən, 1 milyon 250 min tümən maaş 2 milyon 850 min tümənə artırıldı. Lakin etiraf edirəm ki, elm sahəsi işçilərinin məişət durumu yaxşı deyil. 

İbrahim Rəisi də Qalibafın sözlərinə cavabda deyib: Ölkədə elmi inkişaf ötən dörd il ərzində azalıb, bu haqda xüsusi şura təşkil olunmur, müxtəlif bölgələrlə münasib şəkildə ölkənin problemlərinin aradan qaldırılması üçün dəqiq proqramlar tənzimlənmir. Cənab Ruhani belə suallara cavabdeh olmalıdır. Nə üçün 1 milyon məzun gəncin işsiz qalmasının şahidiyik?

Namizədlərin debatı suallar və ayrı mövzularla davam edir. 

Teqlər