Zəngənə: İran dizel ixracatçısına çevrilib
-
Zəngənə: İran dizel ixracatçısına çevrilib
İran İslam Respublikasının neft naziri deyib: Hökumətin səyləri ilə İran dizelin idxalatçısından ixracatçısına çevrilib.
İranın neft naziri Bijən Zəngənə Tehranda keçirilən XXII Beynəlxalq Neft, Qaz, Neftayırma və Neft-Kimya Sərgisinin açılışı ilə əlaqədar tədbirdə çıxış edib: İranın 6-cı inkişaf proqramına əsasən, neft-kimya sənayesinə 40 milyar dollar investisiya yatırılmalıdır.
Zəngənə bildirib: Gələn iki ilə qədər 80 milyard dollar dəyərində yeni neft müqavilələri imzalanacaq. Onun 50 milyard dolları daxili sektorda işləmək üçündür.
Yeni neft müqavilələrində prioritetin iranlı podratçılar olduğuna diqqət çəkən neft nazirinin sözlərinə görə, İran ötən üç il yarım ərzində Cənubi Pars müştərək qaz yatağında istehsalın həcmini ikiqat artıra bilmişdir və bu qaz yatağının istehsalını gündə 285 milyon kubmetrdən 575 milyon kubmetrə çatdırmışdır.
XXII Beynəlxalq Neft, Qaz, Neftayırma və Neft-Kimya Sərgisi şənbə günü yüzlərlə İran şirkəti və 37 ölkədən 1500 xarici şirkətin iştirakı ilə Tehranda işə başlayıb.