İranda seçki şövqü davam edir
İranda seçkilərin keçiriləcəyi günün yaxınlaşması ilə xalqın və namizədlərin şövqü daha da artır. İran xalqı nadir xalqlardan biridir ki, özünün inqilabdan sonrakı ömrü boyu hər il vəsfolunmaz şövq və ruh yüksəkliyi ilə öz etiqadlarına sadiqdir. 22 bəhmən mərasimlərindən tutmuş seçkilərin keçirilməsinədək.
İranın hazırkı əhasinin sayı 80 milyon nəfəri ötüb keçibdir. Bu miqdarın 55 milyon nəfərindən çoxu səsvermə hüququna malikdir ki, həmin miqdarın yarısını da qadınlar təşkil edir.
2017-ci il mayın 19-da İranda keçiriləcək 12-ci prezident və beşinci yerli şura seçkiləri daxili və xarici dairələrin diqqət mərkəzində durur.
Ötən on bir prezident seçkisində prezidentliyə seçilmiş namizədlərin əldə etdikləri səsin miqdarı 51-95 faiz arasında olubdur.
Dövrün adı | Seçilmiş prezident | Səslərin faizi |
1-ci dövr | Əbülhəsən Bənisədr | 75,7% |
2-ci dövr | Məhəmməd Əli Rəcayi | 90% |
3-cü dövr | Əli Xamenei | 95% |
4-cü dövr | Əli Xamenei | 85% |
5-ci dövr | Əkbər Haşimi-Rəfsəncani | 95% |
6-cı dövr | Əkbər Haşimi-Rəfsəncani | 63% |
7-ci dövr | Məhəmməd Xatəmi | 69% |
8-ci dövr | Məhəmməd Xatəmi | 77% |
9-cu dövr | Mahmud Əhmədinejad | 63% |
10-cu dövr | Mahmud Əhmədinejad | 63% |
11-ci dövr | Həsən Ruhani | 50,71% |
Hazırda iki həftədən az bir müddəti gözləməliyik ki, 12-ci prezident seçkilərinin diaqramını görmüş olaq. Bu, elə bir şəraitdədir ki, prezidentliyə namizədlər xalqın diqqətini öz proqramlarına çəkmək üçün maksimum təbliğat fürsətindən istifadə edirlər.
Cümə günü keçirilmiş debatın şövqü hələ də xalq tərəfindən bəhs, analiz və araşdırma mənbəyi olaraq qalır.
Mühüm siyasi və sosial bəhslər 12-ci prezident seçkilərinə altı namizədin altıncı debatında irəli sürülmüş mövzulardan olubdur.
Bəhslərdən biri, iranlı yaşayış tərzinin Qərb yaşayış tərzindən olan fərqi olubdur ki, Həsən Ruhani İslami İranda yaşayış tərzi barədəki öz proqramlarını belə izah edibdir: Bizim cəmiyyətimizin yaşayış tərzi və mədəniyyəti məsələsi əsaslı bir məsələdir və bu sahədə olduqca yaxşı səylər göstərilibdir və biz bu gün onun şahidiyik ki, xalq daha artıq azadlıq hissi keçirir. Biz bütün sahələrdə daha qüdrətlə əməl etmək istəyirik.
Seyid Mostəfa Haşemi Təba Ruhaninin sözlərinin tənqidində öz proqramlarını belə şərh edibdir: Bizim yaşayış tərzimiz islami ənənələrə söykənən alimanə bir yaşayış tərzidir və bu ənənələrin qorunması üçün əlimizdən gələn bütün səyləri göstərməliyik.
Prezident seçkilərinə digər namizəd İshaq Cahangiri də deyib: Yaşayış tərzi mühüm mövzulardandır ki, bizim xalqımızın ictimai həyatının əsası ona söykənibdir və onun qorunub saxlanılması mədəni orqanların iş gündəmində qərar tapıbdır.
Seyid İbrahim Rəisi də öz proqramlarını açıqlayaraq, belə deyibdir: Maksimum mənbələrin istehlak olunması, mənfəətli istehsal, xüsusən ailə sahəsindəki sosial problemlər Qərb özəlliklərindəndir və İslamda ən yaxşı istehlak, vəhdət, birlik, fədakarlıq və güzəşt ictimai həyatın meyarıdır.
Mohəmməd Baqer Qalibaf özünün bu sahədəki proqramlarının müdafiəsində belə söyləyib: Mədəniyyət mütləq bir göstəriş deyildir. Qəyyumluq lazım deyil. Xalqa etimad etmək və mədəniyyəti onun özünə tapşırmaq lazımdır; mədəniyyət əhlinə ilk lütfkarlıq, mədəniyyət işlərinin onun özünə tapşırılmasıdır.
Seyid Mostəfa Mir Səlim də deyib: İslami İranda yaşayış tərzi çox mühüm bir məsələdir. İslami İranda yaşayış tərzi ailə ocağının zəiflədilməsilə uyuşmur. İsrafçılıqla uyuşmur. Dövlətin özü bu sahələrdə nümunə olmalıdır.
Bu mərhələdə dünən prezident seçkilərinə namizədlər müxtəlif təbdirlər həyata keçiriblər. O cümlədən ölkənin bəzi məntəqələrində xalq arasında olaraq, öz proqramlarını şərh ediblər.
İslam İnqilabının Böyük Rəhbəri islami həyat tərzinin əsasının qoyulmasını vurğulayaraq, buyurublar: Dövlət başçılarının əhəmiyyət verməli olduqları islami dövlətin özəlliklərindən biri, məsul şəxslərin sadə yaşamalarıdır ki, Əmirəlmöminin öz valiləri və icra başçılarına ünvanladıqları bir çox məktublarında sadə yaşayışa təkid ediblər.
O həzrət həmçinin prezident seçkilərinə namizədlərə belə tövsiyə ediblər: Xalqın gələcəkdə səs verəcəyi dövlətin və prezident seçkilərinə namizədlərin şüarı belə bir əsasda olmalıdır ki, məmləkətin iqtisadiyyatını ölkənin daxili əsasında qursunlar və iqtisadiyyatın düzəlməsi üçün xaricdən bir şey gözləməməlidirlər.
Xalq da prezident seçkilərinə namizədlərdən istəyir ki, seçkilərdən sonra öz vədlərinə sadiq olsunlar.