May 08, 2017 11:25 Asia/Baku
  • Seçkilərlə əlaqədar qızğın rəqabət
    Seçkilərlə əlaqədar qızğın rəqabət

19 may 2017-ci ildə İranda eyni zamanda iki seçki keçiriləcək. Prezidentlik uğrunda 6 namizəd rəqabət aparır və 500 mindən çox şəxs də Şəhər və Kənd İslam Şuralarında 196 min yeri qazanmağa çalışır.

İran İslam Respublikası Konstitusiyasına əsasən, şəhər və kəndlərin məsələləri yerli etimad olunan şəxslərə seçki əsasında tapşırılmalıdır. Ölkənin ikinci şəxsi mövqeyində olan prezidentin seçilməsi də ölkə daxilində və xaricdə iranlıların səsi ilə müəyyənləşir və 4 il müddətinə ölkəni icra sükanını əlində tutur. Həmçinin qanuna əsasən bir şəxs ardıcıl olaraq iki dəfə prezident seçkilərində iştirak edə bilər. 

İslam Respublikasında təsis olunduğu zamandan vətəndaşların birbaşa səsi əsasında 38 illik dövrü boyunca orta hesabla ildə bir seçki olmuşdur. 

Müqəddəs İslam quruluşunun referendum, prezident, Rəhbərlik Xobrəqan Məclisi, İslam Şurası Məclisi və Şəhər və Kənd İslam Şuraları seçkiləri bu 38 ildə keçirilmişdir. 

İslam İnqilabının Böyük Rəhbəri yeni günəş ilinin başlanğıcında Məşhəddə belə buyurmuşlar:

"Ölkəmizdə seçkilər çox önəmlidir, təkcə prezident seçkiləri deyil, parlament seçkiləri də belədir, şuralar seçkiləri də belədir. Seçkilər dini demokratiyanın iki dayağından biridir. Dini demokratiya iki dayaq üzərində durmuşdur. Bu iki dayaqdan biri xalqın səsi, seçkilərdir. Biz seçkilərin bərəkəti ilə dünyada fəxr edirik. Düşmənlər İran xalqı və İslam Respublikasına zərbə vurmaq üçün seçkilərimizi görməməzliyə vurur və suçlayırlar. Bu, seçkilərin çox önəmli olduğunu əks etdirir". 

Bu istiqamətdə 11 may 2017-ci ildən Şəhər və Kənd Şuralarına namizədlər kampaniyaların başlanması ilə 7 gün müddətinə öz proqramlarını vətəndaşlara çatdıracaqlar və prezidentliyə 6 namizəd də bir aylıq kampaniya çərçivəsində seçkilərə yaxınlaşdığımız hər gündə öz fəaliyyətlərinin həcmini artırırlar. 

Vilayət səfərləri, radio və televiziya proqramlarında iştirak və tələbə dairələrində iştirak ötən gün prezidentliyə namizədlərin əsas fəaliyyətləri olmuşdur. 

Zamanın keçməsi ilə, namizədlər və tərəfdarlarının rəyləri və mövqelərində daha çox şəffaflıq müşahidə olunur. Hər bir namizəd digər rəqiblərinin sözləri və proqramlarını araşdıraraq tənqidlər irəli sürür. bu da seçki kampaniyasının daha da qızğın olmasına gətirib çıxarır. 

İslam İnqilabının Böyük Rəhbəri 1396-cı günəş ili fərvərdin ayında İmam Rzanın (ə) hərəmində etdiyi çıxışında deyiblər: "Liberalizm, kommunizm, faşizm və bunun kimi müxtəlif məktəblər qarşısında, İmam Xomeyni (rə) həmin İslam Respublikası olan dini demokratiyanı səhnəyə daxil etdi və bütün dünyada, bütün ölkələrdə xalqları və xüsusi şəxsiyyətləri özünə cəzb etdi. Bu dini demokratiya seçkilərə söykənib və əslində seçkilərdə İran xalqı parlamalıdır. 

Teqlər