İranda prezident seçkilərinə təbliğat kampaniyası davam edir
İranda növbəti prezident seçkilərinə namizədlərin təbliğat kampaniyasına başlamasından 18 gün keçir və hələ öz proqramlarını xalqa açıqlamaq üçün 10 gün də fürsətləri var. 19 may seçkilərin keçiriləcəyi günə yaxınlaşdıqca təbliğat-təşviqat fəaliyyətləri daha da qızışır və namizədlərin özləri və tərəfdarları müxtəlif mövzular barədə mövqelərini bəyan edirlər.
Virtual fəzada çoxdandır seçki təbliğatı başlanmışdır və buna görə fəaliyyətlər daha qızğın şəkildə getməkdədir.
Namizədlərin təbliğatı üçün bərabər şərait yaradan və onların fəaliyyətləri ilə əlaqədar xəbərləri əks etdirən İran İslam Respublikası teleradio təşkilatından əlavə yazılı mediya da öz rolunu kifayət qədər oynamaqdadır, seçki gününə yaxınlaşdıqca bu mediya da öz namizədinin lehi və rəqib namizədin əleyhinə əlindəki vasitələrdən istifadə etməyə çalışır.
İranda növbəti prezident seçkilərinə 6 namizəd arasından İbrahim Rəisi və Həsən Ruhani vilayətlərə səfərlər edib və öz ətrəfdarları qarşısında öz proqramlarını açıqlayıblar. Qalibaf və Mir Səlim isə bu gün ilk vilayət səfərini reallaşdırıblar. Digər namizədlər isə sadəcə teleradio vasitəsi ilə təbliğat imkanlarına və tələbə toplantılarındakı çıxışlarla kifayətlənirlər.
İran İslam Respublikası konstitusiyasının 6-cı maddəsində seçki təbliğatları barədə 16 bənd var. Bunlar namizədlərin media imkanlarından bərabər istifadə etmələrinə qanuni təzminat yaradır və seçkilərin sağlam keçirilməsini təmin edir.
Bu maddə dövlət teleradio təşkilatından əlavə digər dövlət mediaları və mətbuatını hər hansı namizədin leyi yaxud əleyhinə fəaliyyətdən çəkindirir.
Qeyri-hökumət nəşrlər və mətbuat isə müəyyən hüdudlara riayət edərək istədiyi namizədi dəstəkləyə bilər.
Qanuna görə dövlət mediyaları sadəcə seçkilərlə əlaqədar ümumi xəbərləri əks etdirə və araşdıra bilər və bunlar məlumatlandırmaq xarakterli olmalıdır.
Bu günkü qəzetlərin manşetləri arasında bunlar daha çox diqqət çəkir: " Seçkilər və İranın beynəlxalq mövqeyinin güclənməsi" , " Xitabələr və xətalar" , " Seçkilər və milli mənafe" , " Milli güc ilə xalqın geniş iştirakı arasındakı əlaqə", " Seçki xəbərlərində milli mediyanın əsas mənbə rolu" , " Namizədlərin vilayət səfərlərində çıxışları sərtləşdi" , " Nüvə sazişinin rədd edilməsi" , " Nüvə sazişi ifratçıların təhdidinin kölgəsində" , " yoxsullardan vasitə kimi faydalanmaq" .
Seçki təşviqat kampaniyalarında müxtəlif siyasi qruplar o sıradan da millət vəkilləri yaxud tanınmış simalar dəyirmi masalar təşkil edərək siyasi analizlər verir, xalq ilə görüşlər təşkil edir, mediyada məqalələrlə çıxış edir və bu yollarla xalqın istədiyi namizədə səs verməsini təmin etməyə çalışırlar.
Xalq isə teleradio tribunasından istifadə edərək yaxud seçki təbliğatı tədbirlərində öz nigaranlıqlarını dilə gətirir və tələblərini gələcək prezidentə bildirir.
İran islam inqilabının böyük rəhbəri isə həmişə seçkilərin ədalətli və möhtəşəm keçirilməsinə səy göstərərək cəmiiyyətdə iki qütblülüyün yaradılmasından çəkinməyə təkid edirlər.
İran islam inqilabının böyük rəhbəri 1384-cü günəş ili ordibeyeşt ayının 19-da Kirman ostanında tələbələr qarşısında etdiyi çıxışında buyurublar: İki siyasi cinah ölkə üçün iki qanad kimidir, ölkə bu iki qanadla uça bilir. Siyasi səhnədə iki cinah ola bilər və fəaliyyətini davam etdirə bilər amma bunun şərti var o da konstitusiyaya sadiq qalmalarıdır. Bunlar biri birinin fəaliyyətinə nəzarət edir, biri biri ilə sağlam rəqabət aparır , bu yarışma tərəqqiyə gətirib çıxarır və müxtəlif dövlət qurumlarının qapalı qalmasına mane olur. Bu yaxşı durumdur. Mən islahatçı, üsulçu davası sözü ilə də razılaşmıram. Mən belə bölgünün səhv olduğunu düşünürəm.