May 10, 2017 15:32 Asia/Baku
  • İran prezidentliyinə 6 namizədi
    İran prezidentliyinə 6 namizədi

İqtisadi böhran və işsizlikdən çıxış üçün həll yolu İran prezidentliyinə 6 namizədin seçki kampaniyasının şüarıdır.

İran prezidentliyinə namizəd Həsən Ruhani çərşənbə axşamı günü Tehranda öz təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşdə İran xalqının taleyinə hazırkı həssas dövrdə imza atıldığını bəyan edib: Əgər bütün vətəndaşlar səsvermədə iştirak edərsə, mütləq uğur qazanacaq və seçkilərdə qalib gələcəyik.

Ruhani həmçinin bütün vətəndaşların vəhdəti və birliyi ilə cəmiyyətdə real təhlükəsizliyin gerçəkləşməsinin mümkünlüyünü qeyd edib: İranın inkişafı elm və texnologiya və dünya ilə əlaqələr sayəsindədir və heç bir ölkə təcridlə inkişafı əldə edə bilməz.

İran prezidentliyinə 6 namizəddən biri Mustafa Ağa Mirsəlim də İsfahan Universitetində tələbələr qarşısında etdiyi çıxışında ümidvarlıq edib ki, birliklə mövcud problemlər həll olunacaq.

Mirsəlim bir daha işsizlik məsələsinə diqqət çəkib: Ölkədə müqavimət iqtisadiyyatı siyasətləri sənədi tənzimlənib və ölkə iqtisadiyyatı problemlərinin ən yaxşı həll yoludur.

İran prezidentliyinə namizədlərdən İbrahim Rəisi Sadat da çərşənbə axşamı günü İranın şərqində Zahidan əhalisi qarşısında çıxış edib: Əcnəbilərə diqqət yetirmək ölkənin problemlərinin düyününü açmayacaq.

Rəisi həmçinin çərşənbə axşamı gecə Kirman vilayətində deyib: Ölkənin problemi likvidlik, imkanlar, su və ehtiyatların çatışmazlığı deyil. Əsas problem icra idarəçiliyi və iqtisadiyyatın zəifliyidir.

İran prezidentliyinə başqa namizəd İshaq Cahangiri də çərşənbə axşamı günü xaricdə yaşayan iranlılarla danışıqlar televiziya proqramında seçkiləri İranın siyasi baharı adlandırıb: Ölkədən xaricə yaşayan iranlılar İran mədəniyyəti və sivilizasiyasının nümayəndəsi və böyük sərmayə olaraq böyük iqtisadi işlər görə bilərlər.

Cahangiri əlavə edib: İran alimləri elmi və texnoloji inkişaf məqsədilə İran universitetləri ilə əməkdaşlıq edə bilərlər.

Prezidentliyə 6 namizəddən biri Məhəmməd Baqir Qalibaf da çərşənbə axşamı günü Xuzestan vilayətində Tehran meriyasında 12 illik funksiyasını müdafiə edib: Bu müddətdə Tehran şəhərinin şimal-cənubu arasında məsafə azaldı.

Qalibaf həmçinin islam cəmiyyətinin təşkili və islam dövlətinin reallaşamasını iki əsaslı addım adlandırıb: Əgər islam hökumətini yarada və onu idarə edə bilməzsək, cəmiyyət islah olmayacaq.

İran prezidentliyinə başqa bir namizəd Mustafa Haşimitəba da İranın 2-ci televiziyasında deyib: Müqavimət iqtisadiyyatının icra olunması ilə ixracat və turizm on il müddətinə iqtisadiyyatı çiçəkləndirə və vətəndaşlar və hökumətin gəlirlərini artıra bilər.

Haşimitəba əlavə edib: Müqavimət iqtisadiyyatı daxili istehsal və xaricə diqqət yetirmək mənasındadır. Və bu çərçivədə istehsal olmalıdır ki, dünyaya ixracat potensialını ehtiva etsin.

İran İslam Respublikasının Konstitusiyası icraçı qüvvə haqda bildirir: İcraçı qüvvə cəmiyyətə hakim ədalətli münasibət və əlaqələri əldə etmək məqsədilə islam qaydaları və hökmlərini icra etməklə əlaqədar xüsusi əhəmiyyətinə görə, həmçinin həyatın son məqsədini əldə etməyə şərait yaradan bu önəmli məsələnin vacibliyinə görə, islam cəmiyyətinin yaradılmasında həll yoluna malik olmalıdır. Nəticədə hər bir quruluşda bu məqsədə nail olmağı zəiflədəcək və ya zədələyəcək mürəkkəb prosesdə çıxılmaz vəziyyətə düşmək islam baxışından inkar olunacaq. Buna görə, tağut hakimiyyətlərinin nəticəsi olan bürokratiya quruluşu sərt şəkildə rədd olunacaq ki, idarə öhdəliklərinin icrasında daha sürətli və aktiv peşəkarlıqla icra quruluşu yaransın.

Bu münasibətlə icraçı qüvvənin rəhbərinin seçilməsi həm daxili siyasətlər, həm də xarici siyasətlərin icrası üçün xüsusi həssaslığa malikdir. Buna görə, bütün vətəndaşlar öz müsahibələrində daha uyğun, güclü və cəsarətli şəxsin seçilməsini vurğulayırlar.

İslam Respublikasının banisi Həzrət İmam Xomeyni (rə) seçkilər və xalqın iştirakının əhəmiyyəti haqda öz siyasi-ilahi vəsiyyətnaməsində buyurmuşdur: Mənim şərafətli xalqa vəsiyyətim budur ki, bütün seçkilərdə, istər prezident, istər İslam Şurası Məclisi nümayəndələri, istərsə də Rəhbərlik Xobrəqan, Rəhbərlik Şurasının təyin olunması seçkilərində səhnədə olsun.

Hamı ölkə və islamın taleyində məsuliyyət götürsün, istər indiki nəsil, istərsə də gələcək nəsillər.

Həlledici gündə ölkənin idarəsini ölkənin taleyində təsirli olmaq istəyən şəxsə tapşırmaq istəyirsinizsə, səhlənkarlıq etməyin və səsvermədə iştirak edin.

Teqlər