İran güləşçiləri Asiya çempionatında üç qızıl və bir bürünc medal qazanıblar
https://azeri.sahartv.ir/news/İran-i268848-İran_güləşçiləri_asiya_çempionatında_üç_qızıl_və_bir_bürünc_medal_qazanıblar
İranın yunan-roma güləşçiləri bu idman növü üzrə Hindistanda keçirilən Asiya çempionatının ilk günündə üç qızıl və bir bürünc medal qazana biliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2017 09:37 Asia/Baku
  • İran güləşçiləri Asiya çempionatında üç qızıl və bir bürünc medal qazanıblar

İranın yunan-roma güləşçiləri bu idman növü üzrə Hindistanda keçirilən Asiya çempionatının ilk günündə üç qızıl və bir bürünc medal qazana biliblər.

IRNA-nın məlumatına görə, 80 kiloqram çəki dərəcəsində yarışan güləşçimiz Ramin Taheri dünən bu çəki dərəcəsi üzrə final görüşündə Cənubi Koreyadan olan rəqibi Tsziyun Hun Kimi 3-1 hesabı ilə məğlub edərək, Asiya qızılını əldə edibdir.

Seyid Mostəfa Salehizadə də 98 kiloqram çəki dərəcəsinin final görüşündə Cənubi Koreyadan olan rəqibini 14-4 hesabı ilə məğlub edərək, İran komandasına ikinci qızıl medalı gətiribdir.

Behnam Mehdizadə isə 120 kiloqram çəki dərəcəsində finalda özbək rəqibini 3-1 hesabı ilə məğlub edərək, İran komandasına 3-cü qızıl medalı müjdə gətiribdir.

Həmçinin Əli Ərsəlan 66 kiloqram çəki dərəcəsində üçüncü yer uğrunda apardığı mübarizədə özbək güləşçi Elmorat Tasmoradov üzərində qələbə çalaraq, öz kiloqram çəki dərəcəsində Asiya yarışlarının 3-sü olubdur.

Hindistanda keçirilən yunan-roma güləşi üzrə Asiya çempionatının ilk beş çəki dərəcəsi üzrə yarışlar dünən səhərdən təşkil olunub. Üç digər çəki dərəcəsi üzrə görüşlər isə bu gün keçiriləcəkdir.