Seçki bülleteni-19
Seçkilər ölkələrin siyasi quruluşlarında xalqın yeri və rolunun dəyərləndirilməsi üzrə bir meyar və demokratiyanın reallaşması üzrə ən mühüm bir komponentdir. Seçkilər bir çərçivə və vasitədir ki, onun vasitəsilə siyasi qüdrəti tətbiq edənlərin təyini və siyasi orqanların formalaşmasında xalqın iradəsini üzə çıxarır və bu yolla, xalq ölkənin idarəsinə nəzarət, icra və qərarçıxarma sahələrində rol oynayır.
Politoloq Qasem Cəfərinin sözləri
Bəşəriyyətin yolunu dəyişmiş böyük və təsirli bir inqilabın məhsulu olan İslam Respublikası və müqəddəs quruluş İran xalqına dəyərli nailiyyətlər təqdim etdi. Belə ki, xalq təbəqələri öz gözləri ilə görürlər ki, öz talelərinə hakimdirlər və əmindirlər ki, onların səsi və səslərin hər biri təsirlidir.
İranda və digər ölkələrdəki seçki sisteminin kəmiyyət və keyfiyyət cəhətdən fərqi
Müxtəlif ölkələrdə seçkilərin roluna əsasən, onların seçki sistemi onların kəmiyyət və keyfiyyət səviyyəsini göstərir.
Müxtəlif ölkələrdə seçki mexanizmi fəqrlidir və bu, müxtəlif seçkilərin keçirildiyi illər boyu həmin ölkənin əldə etdiyi demokratik təcrübə və həmin ölkənin əsas qanunundan irəli gəlir. Amerika və Fransa daxil olmaqla digər seçki sistemləri ilə müqayisədə İran İslam Respublikasında seçki prosesi daha mükəmməldir və hamısından mühümü, İranın seçki sistemində xalqın tamamlayıcı roludur.
İranda seçicilər, namizədlər və seçkilərə nəzarət gedişi digər seçki sistemləri ilə müqayisədə diqqətəlayiq keyifiyyətə malikdir ki, onda lobbiçilik, materialist baxış və fərdi hisslər hakim deyildir. Belə bir şəraitdə Nigəhban Şuranın daha çox bəzi ölkələrin seçki sistemlərinin İranla müqayisədəki mühüm rolu keyfiyyət yaradan və mahiyyət roludur. İranda müxtəlif seçkilər üçün təyin edilmiş mexanizmlər şəffaflığı və tam diqqəti nəzərdə tutubdur ki, bütövlükdə icra və nəzarət heyətləri formasında tərif edilir.
Politoloq Əlborzinin sözləri
Biz baxıb görməliyik ki, Qərb demokratiyasının fəlsəfəsi və mahiyyəti dini demokratiyanın fəlsəfəsi və mahiyyətindən nə ilə fərqlənir. Qərb demokratiyasının fəlsəfəsi və mahiyyəti onların dediklərinə görə, xalqın xalqa hökumətliyidir, lakin liberalizm, humanizm və sekularizm öz növbəsində bu demokratiyanı qidalandırır. Əgər fərqi demək istəsək, özümüzün əsas qanun maddəmizə işarə etməliyəm. Bu maddədə deyilir ki, mütləq hakimiyyət Allah-Taalaya aiddir və Allah-Taalanın hakimiyyəti elədir ki, bu hakimiyyəti insanın iradəsində qərar veribdir ki, öz taleyinə hakim kəsilmiş olsun. Yəni dini demokratiya Allah-Taalanın iradəsindən mənşə alan bir demokratiyadır. Lakin Qərb demokratiyası qeyd etdiyim həmin üç cərəyandan qaynaqlanır. Əgər bunu açmaq istəsək, söylədiyim kimi, dini demokratiyadan mənşə alana bizim seçkilərdə seçkilərin bütün etaplarında siz Allah-Taalanın bu iradəsini görürsünüz. Yəni seçkilərdə namizədlər öncəki mərhələdə dediyim özəlliyə- ölkənin rəsmi dininə və İslam Respublikasının iraəsinə inanırlar. Və ya digər bölmələrdə siz Allah-Taalanın bu iradəsini görürsünüz. Təbliğatlar zamanı namizədlər islami etikaya riayət etməlidirlər. Hər bir metod ilə sözlərini bəyan edib, qalib gələ bilməzlər. Qərb demokratiyasının bütün etaplarında liberalizm iştirak edir, kapitalizm ilk sözü deyir. Onların təbliğatlarında iri pullar xərclənir. Amerikanın son seçkilərində elə Trampın özü prezident olmaq üçün nə qədər pul xərclədi. Orada azadlıq liberaliz əsasındadır. Humanizmə qayıdaq. Üstünlüyü fərdə verən humanizmdə bu məsələ həm seçici, həm də seçiləcək şəxsə verilir. Daha çox səs toplayan şəxsə üstünlük verilir. Bu şəxs hər bir yolla makyavelizm sistemindən istifadə edə bilər. Sekularizmdə də onlar dinin siyasətdən ayrı olmasına inanırlar. Onlar seçkilərdə dinə əsla bir yer ayırmırlar. Deməli, bizim gördüyümüz bu fərqlər bu iki demokratiya arasındakı fərqlərdir. Dini demokratiyanın iradəsi Allah-Taalanın iradəsinə söykənir və Allah-Taala istəyibdir ki, xalq öz taleyinə hakim kəsilsin və öz taleyinə hakim kəsilmə vasitəsi məhz bu seçkilərdir. Bizim bir meyar kimi dünyaya təqdim etdiyimiz dini demokratiyada məqsədimiz bu idi ki, bu dini demokratiyanın ardınca islami və dini dəyərlər hakim kəsilmiş olsun. Xalqın səs verərək, öz məsul şəxslərini seçdikləri kimi, bu məsul şəxslər də dini çərçivə əsasında hərəkət etməlidirlər. Şəriət, islami qanun-qaydalar çərçivəsi əsasında hərəkət etməlidirlər. Beləliklə dünyada rəvac tapmış iki demokratiya arasında fərq budur.
İranda prezident seçkiləri qanununun 8-ci maddəsinə əsasən, bu seçkilərə nəzarət Nigəhban Şuranın üzərinə düşür və bu nəzarət ümumi və seçkilərlə bağlı bütün məsələlərdə və onun bütün etaplarında bərqərardır. Hətta İranda namizədlər və seçicilər üçün yaradılan şəraitlər Fransa və ABŞ-dakı şəraitlərdən daha mükəmməldir. Həmin iki ölkədə ştat və əyalət səsləri və partiya mehvəri əsas götürülür, İranda isə siyasi xadim və əsas qanunda dərc olunmuş prinsiplərə malik olan hər bir şəxs seçkilərə namizəd ola bilər. Xalq məsələsində də İranda hakim olan baxış, seçkilərə əksəriyyət baxışıdır. Amma bu baxış Fransa və ABŞ-da partiya və yaş mahiyyətlidir və onların seçki sistemlərinin araşdırılmasında bu hallara daha çox işarə olunacaqdır.
Amerikada seçki sistemi
Amerika seçki sistemində hər bir vətəndaş seçki günündə səs vermək üçün öncə qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmək vətəndaşlar üçün icbari deyildir. Amma onsuz, seçkilərdə iştirak mümkün deyildir. Səs vermək üçün qeydiyyatdan keçmək bu məqsədlə həyata keçirilir ki, namizədlər və partiyalar səsvermənin və səslərin sayılışının düzgünlüyü və dəqiqliyinə əmin olmuş olsunlar. Bu proses İranın seçki sistemində fərqlidir və xalq elə seçki günündə yaradılmış imkanlar və Nigəhban Şura tərəfindən tətbiq olunan dəqiq nəzarətlə seçkilərdə iştirak edir.
Amerikada namizədlərin qeydə alınmasına nəzarət prosesi də partiyaların üzərinə düşür və əslində partiyalar seçki namizədlərini təqdim edirlər. Federal və ya ştat səviyyələrində ən yüksək partiya orqanları namizədlərin qeydə alınmasına nəzarət edirlər. Daxili işlər nazirliyinin seçki namizədlərinin qeydə alınması prosesinə nəzarət etdiyi əksər dünya ölkələrnin əksinə olaraq, Amerikada bu vəzifəni partiaylar yerinə yetirirlər. Bu vəzifə İranda daxili işlər nazirliyinə və Nigəhban Şuraya tapşırılıbdır. Başqa sözlə, seçki təşkilatçıları namizədləri qeydə alırlar və sonra Nigəhban Şuranın fəqih və hüquqşünas üzvləri onların səlahiyyətlərini araşdırırlar.
Politoloq Kiyumərs Yəzdanpənahın sözləri
Qərbdə rəvac tapmış və bir hissəsinin hərc-mərcliyə bərabərlik etdiyi demokratiyanın əksinə olaraq, İran İslam Respublikası bu müddət ərzində həmin prosesdən həm uzaq durmağı, həm də özündən yeni dəyərli bir demokratiya qoymağı bacardı.
Amerika ən mürəkkəb seçki qanunlarından birinə malikdir və demək olar ki, bu ölkə mərkəzi bir seçki qanununa malik deyildir. Maliyyə halları və seçki rəqabətləri istisna olmaqla, digər seçki prosesləri ştat qanunları əsasında icra olunur.
Bundan əlavə, Amerika, prezident seçkiləri üçün "Elektral Kollec" adlı sistemdən istifadə edir ki, bu sistemdə əhalinin və ştatın sayı əsasında hər bir ştata elekral səs miqdarı aid edilir və 270-dən çox elektral səs toplaya bilən hər bir namizəd prezident seçkilərinin qalibi olur. Başqa sözlə, Amerikanın seçki sistemində seçkilərin keçirilməsi zamanı xalqın səsi mühüm və təsirli deyildir. Amma İranın seçki sistemində səs qutularından çıxan hər bir səs əsas götürülür və əksəriyyət səsi qazanan namizəd prezident olur.
Fransada seçki sistemi
Fransanın seçki sistemində prezident seçkilərində səs verənlər və seçilənlərin şəraiti bu ölkənin əsas qanununun üçüncü maddəsində qeyd olunub. 18 yaşı tamam olmuş, həmçinin siyasi və vətəndaş hüquqlarına malik olan Fransa vətəndaşları prezident seçkilərində iştirak haqqına malikdirlər. Fransa seçki məcəlləsinin beşinci maddəsində səsvermə hüququndan məhrumedilmə barəsində də qeydlər edilibdir. Belə ki, başqalarının qəyyumluğu altında olan həddi-büluğa çatmış şəxslər seçki məntəqələrində iştirak üçün seçki siyahılarında qeydə alınma haqqına malik deyillər. Elə həmin maddəyə əsasən, bir sıra hüquq pozuntusu və cinayət üstündə məhkəmə hakiminin hökmü ilə seçkilərdə iştirak haqqından məhrum edilmiş şəxslər seçki siyahılarında qeydə alınma haqqına malik deyillər. Bu proses göstərir ki, Fransadakı seçki sistemi əksəriyyətdən daha çox keyfiyyətə söykənir. İranda isə psixatriya problemi olan şəxslər müstəsna təşkil etməklə səsvermə şəraitinə malik olan bütün şəxslər seçkilərdə iştirak haqqına malikdirlər və hətta canilər və məhkumlar belə, səsvermə haqqından məhrum edilmirlər.
Politoloq Əlireza Davudi
Baxın, digər ölkələrdə, məsələn, Amerika kimi bir ölkədə fərqlər üç sahədən mənşə alır. Ümumiyyətlə, İran İslam Respublikasından başqa, digər hökumət quruluşlarında ümumiyyətlə, insanlar tam səsvermə haqqına malik deyillər. Amerika kimi bir ölkədə bütövlükdə iki nümayəndə gəlir, əlbəttə, bəziləri bunu yaxşı bir əlamət hesab edir, amma görəsən, doğrudanmı bu iki nümayəndə bütün təbəqələr və bütün təfəkkürlərin nümayəndəsi ola bilər? Burada onların demokratiyası çox ciddi xələllərlə üzləşir, İranda isə elə bu son seçki cərəyanında görürsünüz ki, möhtərəm namizədlər müxtəlif təbəqə və bölmələrin nümayəndələri kimi səlahiyyətləri təsdiq olunub.
Fransa seçki sistemində namizədlər barədə isə demək lazımdır ki, minimum 23 yaşın tamam olması və Fransa vətəndaşı olmaq əsas götürülür. Onu da qeyd edək ki, Fransa seçki sistemində namizədin vətəndaşlıq növünün əsas və ya dolayısı ilə olmasının fərqi yoxdur.
Seçilən nümayəndəlik şəraitinə malik olan azı 500 Fransa vətəndaşı tərəfindən təqdimatın əldə olunması. Başqa sözlə, təqdim edən şəxslərin özləri öncədən qanun çərçivəsində iqtisadi-ictimai şura, məntəqələr, meriyalar və parlament seçkilərinə şamil olan rəsmi bir seçkidə seçilmiş və nəzərdə tutulan namizədin təqimatı zamanı nümayəndəlik vəziyyətində olmalıdırlar. 500 nəfər minimum otuz fərqli seçki dairəsindən lazım olan on səlahiyyəti əldə etmiş olmalıdır. Bu meyar Fransa seçki sistemində siyasi asılılıq və partiyaçılıqdan xəbər verir.