Qasimi: Ər-Riyad iclası sionist planıdır
https://azeri.sahartv.ir/news/İran-i269308-qasimi_Ər_riyad_iclası_sionist_planıdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinin Ər-Riyadda Ərəb-ABŞ iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər etməsinə toxunaraq bu iclasın keçirilməsini sionist məkrli plan adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2017 16:29 Asia/Baku
  • Qasimi: Ər-Riyad iclası sionist planıdır
    Qasimi: Ər-Riyad iclası sionist planıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinin Ər-Riyadda Ərəb-ABŞ iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər etməsinə toxunaraq bu iclasın keçirilməsini sionist məkrli plan adlandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bazar ertəsi günü mətbuat konfransında Ərəb-ABŞ iclasında iştirak etmək üçün Donald Trampın Səudiyyə Ərəbistanına səfəri haqda deyib: Bu məsələ sionist məkrli plandır və Ərəbistan Təl-Əvivlə olan münasibətlərinə görə, bu iclasa başqa ad seçməklə bu əlaqəni ört-basdır etməyə çalışır.

"Daxili problemlər, Yəmənə hücum və hakimiyyətdaxili təcridin hiss olunması Səudiyyə Ərəbistanını Ərəb-ABŞ iclasını keçirməyə yönəldib" -deyən Qasiminin sözlərinə görə, Səudiyyə Ərəbistanının regiondakı son hərəkətlərini nəzərə aldıqda, Ər-Riyad belə iclasda özünün terrorizmin genişlənməsi məsələsini azaltmağa çalışır.

İranın xarici diplomatiya idarəsinin mətbuat katibi amerikalılara tövsiyə edib ki, qabarıq yanlışlıqlara yol verməsinlər və ötən səhvləri təkrarlamasınlar. Çünki onun mənfi nəticələri amerikalıların özlərini çıxılmaz vəziyyətə salacaq.