Ərəbistan İranı açıq-aşkar hədələmişdi
-
Ərəbistan İranı açıq-aşkar hədələmişdi
İran İslam Respublikasının xarici işlər naziri deyib: Səudiyyə Ərəbistanının rəsmiləri açıq-aşkar şəkildə demişdilər ki, müharibəni İranın daxilinə yayacaqlar və bu bir başa təhdid etmək deməkdir.
İRNA-nın verdiyi məlumata görə, İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bu gün Norveçdə Oslo Forumunda; nəyə görə İran Səudiyyə Ərəbistanının terror aktlarının arxasında durduğunu deyir? sualına cavabda deyib: İrana qarşı terror hücumu həyata keçdiyi gün Səudiiyyə Ərəbistanının xarici işlər naziri Adil Əccübeyr Tvitterində yazdı: İran regionda müdaxilələrinə və terrorizmi himayə etdiyinə görə cəzalandırılmalıdır.
Səudiyyə Ərəbistanının müdafiə naziri və vəliəhdin canişini Məhəmməd Bin Salman da öncə bu ölkənin rəsmi televiziyasına verdiyi müsahibədə demişdi: Müharibəni İranın daxilinə yaymalıyıq və bu ölkəni döyüş meydanına çevirəcəyik.
Zərif deyib: İran Təhülkəsizlik baxımından hadisələri tam nəzarətdə saxlayır və yaxşı bilir ki, ölkənin şərqində iki ay öncə 9 nəfəri qətlə yetirən qruplar, qonşuların mövqelərindən İrana qarşı hərəkətləri üçün faydalanırlar.
Zərif İran rəsmilərinin regionda təhlükəsizlik ardınca olduqlarını vurğulayaraq deyib: İran, qonşularının hətta Səudiyyə Ərəbistanı və Qətərin də stabil olmasını istəyir.