İyun 25, 2017 16:52 Asia/Baku
  • İnqilab Rəhbəri bir qrup məhkumun əfv edilməsi və ya cəzasının yüngülləşdirilməsi ilə razılaşıblar
    İnqilab Rəhbəri bir qrup məhkumun əfv edilməsi və ya cəzasının yüngülləşdirilməsi ilə razılaşıblar

Fitr bayramının gəlib çatması münasibəti ilə İslam İnqilabının Böyük Rəhbəri həzrət ayətullahülüzma Xamenei bir qrup məhkumun əfv edilməsi və ya cəzasının yüngülləşdirilməsi ilə razılaşıblar.

İranın məhkəmə hakimiyyətinin başçısı Ayətullah Sadiq Amoli Laricani Fitr bayramının gəlib çatması münasibəti ilə İslam İnqilabının Böyük Rəhbərinə bir məktub ünvanlayaraq, Məhkəmə Hakimiyyətinin Mərkəzi Amnistiya və Əfv Komisisyası tərəfindən əfv edilməsi üçün lazımi şəraitə malik olduğu təsdiq edilmiş məhkumların siyahısını təqdim edib və onların əfv edilməsini istəyib. İnqilab Rəhbəri də bu təklifi müsbət qarşılayaraq, həmin məhkumların əfv edilməsi və ya cəzasının yüngülləşdirilməsi ilə razılaşıblar.

Teqlər