Ərəbistan iranlı balıqçıları azad etdi
İyun 29, 2017 16:30 Asia/Baku
-
Ərəbistan iranlı balıqçıları azad etdi
Bir il öncə Səudiyyə Ərəbistanının sahil qvardiyasının saxladığı iranlı balıqçılar azad olunub və İran ərazisinə daxil olublar.
Əl-Aləm televiziyasının məlumatına görə, Genavə limanının rəhbəri Seyid Əli Paknejad deyib: Səudiyyə Ərəbistanı iki iranlı balıqçı Əbdülqəni və Əkbər Rəhimini bir il həbsdən sonra cümə axşamı günü azad edib.
Seyid Əli Paknejad əlavə edib: Ata-oğul olan bu iki balıqçı cümə axşamı günü azad olunub və öz qayıqları vasitəsi ilə İran İslam Respublikası sularına daxil olublar.
Bu iki balıqçı ötən il dənizdə balıq ovlayarkən itkin düşüblər. Bir neçə gün sonra bəlli olub ki, Ərəbistan məmurları onları həbs ediblər.
Teqlər