Livanda 4 iranlı diplomatın oğurlanmasının 35 illiyi ilə bağlı mərasim keçirilib
https://azeri.sahartv.ir/news/İran-i275492-livanda_4_iranlı_diplomatın_oğurlanmasının_35_illiyi_ilə_bağlı_mərasim_keçirilib
Livanda 4 iranlı diplomatın oğurlanmasının 35 illiyi ilə bağlı mərasim cümə günü İranın Beyrutdakı səfirliyində keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2017 15:07 Asia/Baku
  • Livanda 4 iranlı diplomatın oğurlanmasının 35 illiyi ilə bağlı mərasim keçirilib

Livanda 4 iranlı diplomatın oğurlanmasının 35 illiyi ilə bağlı mərasim cümə günü İranın Beyrutdakı səfirliyində keçirilib.

1982-ci il 5 iyulda sionist rejimin muzdluları terror hərəkətində, İranın dörd diplomatı, Seyid Möhsün Musəvi, Əhməd Mutəvəssilian, Kazım İxvan və Təqi Rəstgar Müqəddəmi Livan ərazisində oğurladılar.

İRNA-nın məlumatına görə, Livanda 4 iranlı diplomatın oğurlanmasının 35 illiyi ilə bağlı mərasimdə iştirakçılar beynəlxalq dairələrin bu dörd diplomatın oğurlanması məsələsi qarşısında səhlənkarlığını tənqid ediblər.

İranın Livandakı səfiri Məhəmməd Fətəli bu mərasimdə deyib: İmam Musa Sədr və İran diplomatlarının vəziyyətinin naməlum qalması beynəlxalq dairələrin bu istiqamətdə səhlənkarlıq etdiklərini göstərir.

İranın səfiri bildirib: İran İslam Respublikası bu iki məsələnin aydınlaşması istiqamətində öz səylərini davam etdirəcək.