İran neft-kimyasına 10 mld. dollar xarici investisiya yatırılıb
https://azeri.sahartv.ir/news/İran-i276596-İran_neft_kimyasına_10_mld._dollar_xarici_investisiya_yatırılıb
İran ötən 18 ayda neft-kimya sənayesində birbaşa xarici investisiya üzrə Avropa və Şərqi ölkələrlə 10 milyard dollar dəyərində anlaşma imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2017 05:12 Asia/Baku
  • İran neft-kimyasına 10 mld. dollar xarici investisiya yatırılıb
    İran neft-kimyasına 10 mld. dollar xarici investisiya yatırılıb

İran ötən 18 ayda neft-kimya sənayesində birbaşa xarici investisiya üzrə Avropa və Şərqi ölkələrlə 10 milyard dollar dəyərində anlaşma imzalayıb.

İranın Milli Neft-Kimya Şirkətinin investisya üzrə direktoru Hüseyn Əlimurad bazar ertəsi günü İRİB-lə müsahibədə deyib: Anlaşmalar əsasən Almaniya, İngiltərə, Fransa və Çinlə olmuşdur. 

İranın sanksiya dövründə neft-kimya sənayesində özünütəmin səviyyəsinə çatdığını bəyan edən Əlimuradın sözlərinə görə, İranda potensialları tanıdıqdan sonra İranın neft-kimya sənayesində investisiya yatırmaq üçün xarici tərəflərin marağı ikiqat artıb. 

Hal-hazırda İranın neft-kimya sənayesində istehsal potensialı ildə 62 milyon ton, quraşdırılmış potensial isə 72 milyon tona çatıb.