İran İngiltərəni tənqid etdi
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri deyib: Yəmənin günahsız vətəndaşlarının qırğın edilməsi üçün İngiltərənin Səudiyyə Ərəbistanına silah satması region xalqlarının emosiyalarına böyük zərbə vurmuşdur.
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərrazi çərşənbə günü İngiltərə parlamentində etdiyi çıxışında deyib: İngiltərənin siyasətləri regionda stabilliklə ziddiyyətdədir və bu ölkə regionda Ərəbistan kimi terrorizmin maliyyə himayədarları ilə əməkdaşlıq edir.
Kamal Xərrazi İngiltərə baş nazirinin Bəhreyndə İran əleyhinə son açıqlamasına münasibət bildirib: İran Suriya və İraqda hökumətlərə yardım etməklə region dövlətlərində destabilliyin yaranmasının qarşısını alıb.
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri xatırladıb: İran regionun ən stabilli ölkəsi olaraq düşmənlərin iddia etdiyinin əksinə, mövcuz vəziyyətin qorunması və stabilliyin yaranmasını vurğulayır.
Regiondan kənar qüdrətlər və bəzi ərəb ölkələrinin İraq və Suriyadakı müdaxilələrinə diqqət çəkən Xərrazinin sözlərinə görə, bu ölkələr İraq və Suriyanın siyasi quruluşlarının dəyişilməsi məqsədilə terrorçu qrupları gücləndirdilər. Belə ki, İraq və Suriyanın əsas əraziləri terrorçuların işğalına keçdi.
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri həmçinin bildirib: İngiltərənin İranla iqtisadi əməkdaşlıqları Londonun Tehran qarşısındakı siyasətləri dəyişdiyi, İranın regionda müsbət rolunu qeyd etdiyi zaman inkişaf edə bilər.