General Dehqan: İraqın təhlükəsizliyi İranın təhlükəsizliyidir
-
General Dehqan: İraqın təhlükəsizliyi İranın təhlükəsizliyidir
İran İslam Respublikası müdafiə naziri İraqın təhlükəsizliyini İranın təhlükəsizliyi adlandırıb.
İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan İraqın müdafiə naziri ordu generalı İrfan əl-Hiyalı ilə Tehranda görüşüb: İran İslam Respublikası İraq xalqı və dövlətinə dəstəyi və bu ölkə ilə əməkdaşlıqlarını davam etdirəcək. Güclü İraq və bu ölkədə davamı təhlükəsizlik və stabilliyin yaradılması üçün bu ölkənin potensialları kənarında öz siyasi, iqtisadi və hərbi potensiallarını səfərbər edəcək.
General Dehqan İraqda milli birlik və ərazi bütövlüyünü bütün etnoslar və tayfalar, milli mənafe və təhlükəsizliyə zəmanət adlandırıb: İraqda təxribatçı hərəkətlər İran İslam Respublikası tərəfindən qəbuledilməzdir.
İran müdafiə naziri bəzi region ölkələrinin ABŞ və sionist rejimlə əlbir olaraq regionda destabilliyin yaradılması üçün terrorizmə dəstəyinə də münasibət bildirib: Terrorizm və onların himayədarları əleyhinə regional və beynəlxalq kollektiv yaradılmalıdır ki, terrorizmin kökünün kəsilməsinə ümid bəslənsin.
İraq müdafiə naziri ordu generalı İrfan əl-Hiyali də bu görüşdə İran dövləti, xalqı və silahlı qqüvvələrinin terrorizmlə mübarizə İraqa olan əvəzsiz dəstəkləri və İraq xalqının İŞİD qarşısındakı qələbələrində təyinedici rolunu alqışlayıb və deyib: İraq keçmiş təcrübələrinə arxalanaraq aydın gələcək ardıncadır.
Ordu generalı əl-Hiyali İran və İraqın müştərək mövqeləri, məqsədləri və mənafeyinin iki ölkə əlaqələrinin inkişafına təkan verəcəyini və İran və İraqın hərbi-müdafiə əməkdaşlıqlarının daha da inkişaf etdirilməsini qeyd edib.
İraq müdafiə naziri İran müdafiə nazirinin rəsmi dəvəti əsasında şənbə günü səhər yüksək səviyyəli müdafiə heyətinin müşayiəti ilə Tehrana səfər edib.