Müqəddəs Müdafiə dövrünün 48 şəhidinin cənazəsi İrana qayıdır
İyul 30, 2017 11:23 Asia/Baku
İranın Silahlı Qüvvələrinin Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin komandanı deyib: Müqəddəs Müdafiə dövrünün 48 şəhidinin pak cənazəsi 2017-ci il avqustun ikisində İranın Şələmçə sərhədindən İrana daxil olacaq.
ISNA-nın məlumatına görə, İranın Silahlı Qüvvələrinin Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin komandanı general-mayor Mohəmməd Baqerzade sonra belə söyləyib: Şəhidlərin cənazələri son bir ay ərzində Zubeydat, Kətiban və Ummulrəssas əməliyyat məntəqələri və Ərvəndrud çayının qərb sahilindən tədqiq edilibdir.
Bu şəxslər Mohərrəm, Rəməzan, Kərbəla-4 əməliyyatları və ordu və jandarmeriyanın 1988-ci ildə həyata keçirdikləri hücumda şəhid olublar.