Avq 02, 2017 16:30 Asia/Baku
  • İran-Pakistan müştərək sərhəd ticarəti komitəsinin 5-ci iclası işə başlayıb
    İran-Pakistan müştərək sərhəd ticarəti komitəsinin 5-ci iclası işə başlayıb

İranın Sistan və Bəluçestan vilayəti ilə Pakistanın Bəluçestan əyaləti arasında müştərək sərhəd ticarəti komitəsinin 5-ci iclası işə başlayıb.

IRNA-nın məlumatına görə, İranın Sistan və Bəluçestan vilayətinin Sənaye, Mədən və Ticarət Təşkilatının sədri və iranlı heyətin başçısı Nadir Mirşekari bu gün bu iclasda İranın Sistan və Bəluçestan vilayəti ilə Pakistanın Bəluçestan əyalətinin bir çox imkanlara malik olduqlarını bildirərək, deyib: Bu iki vilayətin qədim dini, mədəni və xalq əlaqələri iki ölkə mübadilələrinin inkişafında təsirli rola malikdir.

Nadir Mirşekari söyləyib: Zahidan-Milk-Sərəxs dəmiyolu xətti və İranın Çabəhar şəhərində neft-kimya kompleksinin inşası, həmçinin İranşəhr və Sərbaz şəhərlərində yeni sement zavodlarının yaradılması, eləcə də Sistan məntəqəsində əlli min tonluq tutuma malik şin istehsalı layihəsi, üzərlərində investiyanın həyata keçirilməsi mümkün olan layihələrdəndir.

Pakistanın Bəluçestan əyalətinin gömrük sədri Səid Cədun da bu iclasda Pakistanın Bəluçestan əyaləti ilə İranın Sistan və Bəluçestan vilayətinin şəraiti yaxşılaşdırmaq üzrə səylərinə təkid edərək, deyib: Pakistanın Bəluçestan əyalətində quru sərhədindən daxil olan İran məhsulları üçün 15-20 faizlik endirim mövcuddur.

Teqlər