İran kürü balığı istehsalında dünyada birincidir
https://azeri.sahartv.ir/news/İran-i279458-İran_kürü_balığı_istehsalında_dünyada_birincidir
İranın Balıqçılıq Təşkilatının sədri deyib: İran qızılala və kürü balıqları istehsalı sahəsində dünyada birinci yerdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2017 07:33 Asia/Baku
  • İran kürü balığı istehsalında dünyada birincidir
    İran kürü balığı istehsalında dünyada birincidir

İranın Balıqçılıq Təşkilatının sədri deyib: İran qızılala və kürü balıqları istehsalı sahəsində dünyada birinci yerdədir.

İRNA-nın məlumatına görə, İranın Balıqçılıq Təşkilatının sədri Həsən Salehi şənbə günü deyib: İran 2016-cı ildə təxminən 1 milyon 100 min ton müxtəlif su canlısı istehsal etməklə bölgədə birinci yerdədir. Həmin miqdarın 54%-i dənizlərdə ovlama, 46%-i isə yetişdirmə vasitəsi ilə əldə olunmuşdur. 

Həsən Salehi 2016-cı ildə İranın 120 min ton balıqçılıq məhsulunun ixrac olunduğuna və 412 milyon dollar gəlir əldə olunduğuna toxunaraq deyib: Rusiya Avropa və ABŞ-ın sanksiyalarından sonra İrandan 100 min ton su canlısı, xüsusilə də krevetka idxal edilməsini istəmişdir. 

İranın Balıqçılıq Təşkilatının sədri həmçinin deyib: İran ötən il 10 min ton istehsal olunmuş qızılala ixrac edib. Cari ildə 30 min ton qızılala istehsal etməyi qarşıya məqsəd qoyub.