Sen 04, 2017 10:01 Asia/Baku
  • İran terrorizmin məhvində İraq dövlətinə tam dəstək verir
    İran terrorizmin məhvində İraq dövlətinə tam dəstək verir

İranın Məsləhət Şurasının sədri rəsmi Tehranın terrorizmin məhvində, eləcə də İraqın bərpası və inkişafında rəsmi Bağdada tam dəstək verdiyini vurğulayıb.

İranın Məsləhət Şurasının sədri Ayətullah Seyid Mahmud Haşemi Şahrudi dünən Bağdadda İraqın baş naziri Heydər Əlibadi ilə görüşdə deyib: İran İslam Respublikası İŞİD tərəfindən İraqda işğal olunmuş ərazilərin yerdə qalan məntəqələrinin azad edilməsi və birliyə nailolma sahəsində bu ölkə xalqının amallarının reallaşmasına kömək edir.

Ayətullah Şahrudi əlavə edib: İraqın ordusu və xalq qüvvələrinin terrorçular qarşısındakı ardıcıl qələbələri dünya xalqlarını heyran edib və fürsəti İraqın düşmənlərindən alıbdır.

İraqın baş naziri də İran ilə İraq arasındakı əlaqələrin inkişafını vurğulayaraq, terrorizm qarşısında rəsmi Bağdada dəstək verdiyinə görə rəsmi Tehrana təşəkkür edib.

Teqlər