General Hacızadə: Düşmənlər İrana qarşı hərəkət qüdrətinə malik deyillər
https://azeri.sahartv.ir/news/İran-i285328-general_hacızadə_düşmənlər_İrana_qarşı_hərəkət_qüdrətinə_malik_deyillər
Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib: Amerika prezidenti sionist lobbilərin hökmranlığı altında və uğursuz qalmış strategiyasına əsasən, İrandan və dünyanın digər xalqlarından imtiyaz almaq ardıncadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2017 18:10 Asia/Baku
  • General-mayor pasdar Əmir Əli Hacızadə
    General-mayor pasdar Əmir Əli Hacızadə

Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib: Amerika prezidenti sionist lobbilərin hökmranlığı altında və uğursuz qalmış strategiyasına əsasən, İrandan və dünyanın digər xalqlarından imtiyaz almaq ardıncadır.

General-mayor pasdar Əmir Əli Hacızadə bu gün Qum şəhərində keçirilən Qum vilayətinin tələbə şəhidlərinə həsr olunmuş konfransda əlavə edib: Donald Tramp Amerikanın strateji siyasətlərinə əsasən seçilibdir və sionistlər bütün amerikalı siyasətçiləri öz hökmranlıqları altına alıblar.

Sepah-ın hava-kosmos qüvvələrinin komandanı söyləyib: Amerikanın dünyanın azadlıqsevər xalqları ilə düşmənçiliyi məsələsi dəyişə bilinməyən strateji bir məsələdir.