Tehranda " İran və ətraf məntəqələr" adlı beynəlxalq konfrans öz işinə başlayıb.
Okt 23, 2017 11:24 Asia/Baku
" İran və ətraf məntəqələr" adlı beynəlxalq konfrans bu gün səhər çağı Tehranda öz işinə başlayıb.
İRİB-in verdiyi məlumata görə, bu 3 günlük konfransda Fars körfəzi, Orta Asiya və Əfqanıstan eləcə də Qafqaz regionlarında iqtisadi sahələr başda olmaqla regional prosseslər, inkişaf proqramları və təhlükəsizlik məsələləri araşdırılacaq.
Türkiyə, Azərbaycan Respublikası, Ermənistan, Türkmənistan, İsveç, Belçika, Almaniya, Avstriya və Küveytdən keçmiş rəsmilər və tədqiqatçılardan ibarət 45 nəfər bu beynəlxalq konfransda iştirak edir.
" İran və ətraf məntəqələr" adlı beynəlxalq konfrans oktyabrın 25-də öz işinə yekun vuracaq.