Rusiyanın Həştərxan vilayəti İranla həmkarlıqları genişləndirmək əzmindədir
https://azeri.sahartv.ir/news/İran-i285688-rusiyanın_həştərxan_vilayəti_İranla_həmkarlıqları_genişləndirmək_əzmindədir
Rusiyanın Həştərxan vilayətinin valisi bu vilayətin iqtisadi və ticari sahələr daxil olmaqla bütün sahələrdə İranla həmkarlıqları genişləndirməyə hazır olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2017 07:11 Asia/Baku
  • Rusiyanın Həştərxan vilayəti İranla həmkarlıqları genişləndirmək əzmindədir
    Rusiyanın Həştərxan vilayəti İranla həmkarlıqları genişləndirmək əzmindədir

Rusiyanın Həştərxan vilayətinin valisi bu vilayətin iqtisadi və ticari sahələr daxil olmaqla bütün sahələrdə İranla həmkarlıqları genişləndirməyə hazır olmasından xəbər verib.

Aleksandr Jilkin dünən İranın Rusiyadakı səfiri Mehdi Sənayi və İranın ticarət, sənaye, mədənlər və kənd təsərrüfatı otağının sədri Qolamhoseyn Şafei ilə görüşdə Rusiyanın Həştərxan vilayətində iranlıların ticarət mərkəzinin açılmasına işarə edərək, deyib ki, bu mərkəzin təsisi iki ölkə əlaqələrinin yaxşılaşdırılması çərçivəsindədir.

Mehdi Sənayi də bu görüşdə İran-Rusiya əlaqələrini yaxşı və inkişafda olan əlaqələr adlandırıb. Bildirib ki, İran Rusiya ilə əməkdaşlıqları genişləndirməyə hazırdır.

İranın Rusiyadakı səfiri həmçinin Hindistan və İrandan başlayaraq, Rusiyaya və Şimali Avropa ölkələrinədək uzanan beynəlxalq şimal-cənub dəhlizinə işarə edərək, qeyd edib ki, İran, Rusiya və Hindistan şimal-cənub dəhlizindən mənfəət qazanacaqlar.

İranın ticarət, sənaye, mədənlər və kənd təsərrüfatı otağının sədri Qolamhoseyn Şafei də deyib: İranın Rusiya və xəzəryanı ölkələr ilə əlaqələri əsaslı dəyişikliyə uğrayıbdır.