Qasemi: Səud başçıları öz rəftar və baxışlarını dəyişməlidirlər
https://azeri.sahartv.ir/news/İran-i285711-qasemi_səud_başçıları_öz_rəftar_və_baxışlarını_dəyişməlidirlər
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ərəbistan xarici işlər nazirinin anti-İran sözlərinə reaksiyada vurğulayıb: Olduqca təəssüfləndirici haldır ki, o, hələ də Ərəbistanın ötən illərdəki nəticəsiz, çoxxərcli və yanlış rəftarının izlənilməsinə israr edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2017 14:17 Asia/Baku
  • Qasemi: Səud başçıları öz rəftar və baxışlarını dəyişməlidirlər
    Qasemi: Səud başçıları öz rəftar və baxışlarını dəyişməlidirlər

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ərəbistan xarici işlər nazirinin anti-İran sözlərinə reaksiyada vurğulayıb: Olduqca təəssüfləndirici haldır ki, o, hələ də Ərəbistanın ötən illərdəki nəticəsiz, çoxxərcli və yanlış rəftarının izlənilməsinə israr edir.

Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr Londonda yerləşən "Çatham Haus"(Chatham House) adlı araşdırma mərkəzində İrana qarşı puç və əsassız iddialarının davamında deyib: Biz İranın regionda, Yəməndə, Suriyada və Pakistanda düşmənçilik rəftarlarının artmasının şahidiyik və əgər İran hal-hazırda bu qədər pis işlər görməkdədirsə, görəsən, nüvə silahı əldə edən zaman nə etmiş olacaqdır.

O iddia edib ki, İran İraqa yiyələnmək istəyir.

Bəhram Qasemi deyib: Səud başçıları Amerikanın İran qarşısındakı təkrar və nəticəsiz ifadələri və siyasətlərinə həddən artıq heyranlıq və ehtiras göstərmək yerinə, üzləşdikləri daxili və regional böhranlardan çıxmaq üçün abırlı bir çıxış yolu tapmalıdırlar.