İran və İraq Ərbəin qərargahının təhlükəsizlik komitəsinin koordinasiya iclası keçirilib
-
İran və İraq Ərbəin qərargahının təhlükəsizlik komitəsinin koordinasiya iclası keçirilib
İraqda Hüseyn(ə) ərbəini mərasiminin keçirilməsi istiqamətindəki son təhlükəsizlik və hüquq-mühafizə olayları İran və İraqın təhlükəsizlik komitəsi üzvlərinin iclasında araşdırılıb.
Cümə axşamı günü Kazimeyn şəhər polis qərargahında keçirilmiş bu iclasda İranın İraqdkı hərbi attaşesi və İran və İraq Ərbəin qərargahının təhlükəsizlik komitəsinin iranlı üzvü ikinci dərəcəli general-mayor pasdar Moradiyan bu komitənin iraqlı üzvü general-leytenant Muhəmməd Bədr ilə zəvvarların təhlükəsizliklərinin bərqərarı, daşınmaları, məskunlaşdırılmaları və çadırların qorunması ilə üzrə son proqramlaşdırmalar və dəyişiklikləri araşdırıbdır.
Bağdad və Kazimeyn vilayət polisi rəislərinin də iştirak etdikləri bu iclasda iraqlı tərəf bu ölkənin polis qüvvələrinin əzəmətli Hüseyn(ə) ərbəini mərasimində daha artıq təhlükəsizlik və nizam-intizamın bərqərarına hazırlığından xəbər verib.