İmam Hüseyn(ə) ərbəini mərasimi ən yaxşı formada keçirilməlidir
-
İmam Hüseyn(ə) ərbəini mərasimi ən yaxşı formada keçirilməlidir
İran İslam Respublikası Prezident Administrasiyasının başçısı bu gün İmam Hüseyn(ə) ərbəini mərasiminin ən yaxşı formada və tam təhlükəsizlikdə keçirilməsini vurğulayıb.
Mahmud Vaizi Çəzzabə və Şələmçə sərhədlərindən baxış keçirmək üçün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinə daxil olarkən qeyd edib ki, zəvvarlara münasib xidmətlərin göstərilməsi və İran-İraq sərhədində onların gediş-gəlişlərinin asanlaşdırılması İran dövləti üçün olduqca böyük əhəmiyyət kəsb edir.
1439-cu hicri qəməri ili səfər ayının iyirmisi və 2017-ci milad ili noyabrın doqquzu, Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ərbəin günüdür. Bütün dünyadan gələn milyonlarla zəvvar həmin gündə İmam Hüseyn(ə) ərbəini mərasimində iştirak etmək üçün İraqın cənubunda yerləşən Kərbəla şəhərinə daxil olur.
Ötən il iki milyon iranlı zəvvar Kərbəla şəhərində keçirilən İmam Hüseyn(ə) ərbəini mərasimində iştirak etmişdi.