Ordu generalı Cəfəri: Hər hansı yeni müharibə sionist rejimin məhvi ilə nəticələnəcək
https://azeri.sahartv.ir/news/İran-i287143-ordu_generalı_cəfəri_hər_hansı_yeni_müharibə_sionist_rejimin_məhvi_ilə_nəticələnəcək
İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı bildirib: Hər hansı yeni müharibə sionist reimin regionun siyasi coğrafiyasından məhvi ilə nəticələnəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2017 17:23 Asia/Baku
  • Ordu generalı Cəfəri: Hər hansı yeni müharibə sionist rejimin məhvi ilə nəticələnəcək
    Ordu generalı Cəfəri: Hər hansı yeni müharibə sionist rejimin məhvi ilə nəticələnəcək

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı bildirib: Hər hansı yeni müharibə sionist reimin regionun siyasi coğrafiyasından məhvi ilə nəticələnəcək.

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı ordu generalı Məhəmməd Əli Cəfəri çərşənbə günü İranın bütün bəsiclərindən minlərlə nəfərin İslam İnqilabının Böyük Rəhbəri ilə görüşündə, İnqilab Rəhbərindən öncə etdiyi çıxışında region olaylarında təkfirçi terrorçuların məhv olması, ABŞ-ın region proseslərindən kənarlaşması və asılı və mürtəce rejimlərin acizliyinə toxunaraq deyib: Bu gün dost-düşmən yaxşı bilir ki, artıq sionist rejim güclü bir təhdid həddində deyil.

Bəsic Müstəzəfin Təşkilatının sədri general-leytenant Qulamhüseyn Qeybpur İnqilab Rəhbərinin çıxışından öncə bu təşkilatın proqramları və strategiyaları haqda məlumat verərək deyib: İslam İnqilabının bərəkəti ilə şəhid Möhsün Hücəci kimi mömin və inqilabçı yeni gənc nəslin yetişməsi ilə bəsic müsəlman xalqlar və dünya məzlumları üçün örnəyə çevrilir.

Bu gün səhər İranın bəsic komandanları və bəsic üzvlərindən bir qrupu Bəsic Həftəsi münasibəti ilə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ilə görüşüb.

26 noyabr Bəsic Müstəzəfin Təşkilatının təsis olunduğu günə təsadüf edir. Bu münasibətlə 19-26 noyabr İranda Bəsic Həftəsi adı ilə adlandırılmışdır.