Noy 24, 2017 20:21 Asia/Baku
  • İran Misirdəki terror aktını qınadı
    İran Misirdəki terror aktını qınadı

İran Xarici İşlər Nazirliyinin sözçüsü Misirdə törədilən terror aktını qınayaraq bu hadisə qurbanlarının ailələri və Misir xalqının dərdinə şərik çıxıb.

Misirin Şimali Sina əyalətində cümə namazı mərasiminə qarşı törədilən terror aktı nəticəsində azı 235 nəfər həlak olub, 130 nəfər yaralanıb. Hələlik bir qruplaşma bu terror aktının məsuliyyətini üzərinə götürməyib.

Əllərində qara bayraq olan 15 terrorçu hərbi uniformada Şimali Sinanın Rövzə kəndinə hücum ediblər. Yaraqlılar məscidin içərisinə qumbara atdıqdan sonra məsciddən çıxmağa çalışan insanlara doğru atəş açıblar. Silahlılar bölgənin yolunda pusqu quraraq yaralıları xəstəxanaya çatdırmaq istəyən təcili yardım maşınlarını da atəşə tutublar.

İSNA-nın məlumatına görə, İran XİN-in mətbuat katibi Bəhram Qasimi deyib: Bu günlərdə bölgədə ən ağır məğlubiyyətlə üzləşən təkfirçi terrorizm özünü yenidən canlandırmaq üçün heç bir alçaq və rəhmsiz cinayəti törətməyə heç bir səyi əsirgəmir. Bu, region dövlətlərinin terrorizmi dəqiq tanımaq və onunla ciddi və kollektiv mübarizə aparmaq üzrə məsuliyyətini ikiqat artırır.

Qasimi bütün xalqları və dövlətləri yenicə məğlubiyyətə uğramış qantökən və cinayətkarların məkrli planları qarşısında daha ayıq-sayıq olmağa çağırıb.

Teqlər