İran, Türkiyə və Qətər iqtisadi əməkdaşlıq müqaviləsi imzaladı
https://azeri.sahartv.ir/news/İran-i287653-İran_türkiyə_və_qətər_iqtisadi_əməkdaşlıq_müqaviləsi_imzaladı
İran, Türkiyə və Qətərin iqtisad və ticarət nazirləri Tehranda nəqliyyat və tranzitin sadələşdirilməsi üzrə müqavilə imzalayıblar. Bu müqavilənin imzalanması ilə üç ölkənin iqtisadi əməkdaşlıqları daha da artacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2017 16:50 Asia/Baku
  • İran, Türkiyə və Qətər iqtisadi əməkdaşlıq müqaviləsi imzaladı
    İran, Türkiyə və Qətər iqtisadi əməkdaşlıq müqaviləsi imzaladı

İran, Türkiyə və Qətərin iqtisad və ticarət nazirləri Tehranda nəqliyyat və tranzitin sadələşdirilməsi üzrə müqavilə imzalayıblar. Bu müqavilənin imzalanması ilə üç ölkənin iqtisadi əməkdaşlıqları daha da artacaq.

Qətər İran və Türkiyənin ticarət yolunda. İran cənub və qərb qonşusu ilə məhsulların tranzitinin sadələşdirilməsi üzrə bir müqavilə imzalayıb. Bu müqavilənin imzalanması ilə yanaşı qeyd edək ki, Qətər Səudiyyə Ərəbistanının bəhanələri və ərəb qonşularının blokadasına görə, məhsul təminatında problemlə üzləşmişdir.

Qətərin iqtisad naziri Şeyx Əhməd Bin Casim Ali-Sani deyib: İranın Qətərlə ticarət dövriyyəsi diqqəti cəlb etməsə də, biz iki ölkənin ticarətinin qarşısında duran mövcud maneələri aradan qaldırmaqla, ticarət dövriyyəsinin həcmini gələn ilin sonuna qədər 5 milyon dollara çatdırmaq niyyətindəyik.

İranın sənət, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari deyib: Regiondakı xüsusi şəraiti nəzərə alaraq, hazırda Qətər dövləti İran İslam Respublikası ilə hər zamankından daha çox iqtisadi əlaqələrini genişləndirməyə maraqlıdır. Qətərdə mövcud olan müsbət infrastrukturları nəzərə alaraq bir çox sahədə biz dünya ilə iqtisadi əməkdaşlıqlarımızı genişləndirmək üçün bu imkanlardan istifadə edə bilərik.

Ticarət İnkişafı binası həmçinin İran və Türkiyə arasında iki əməkdaşlıq sənədinin imzalanmasının şahidi idi.

Texniki-mühəndislik xidmətləri sektorunda əməkdaşlıq razılaşması İran və Türkiyənin 26-cı birgə iqtisadi komissiyanın iclasının sonunda imzaladığı önəmli sənəd idi.  

İranın sənət, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari deyib: Biz iki önəmli günü arxada qoyduq. Həm birgə iqtisadi komissiyanın iclasında səmərəli nəticələr əldə olundu, xüsusilə də iki ölkə arasında texniki-mühəndislik əməkdaşlıqları sənədi imzalandı.

Türkiyənin iqtisad naziri Nihat Zeybekci deyib: Biz öz aramızda sərbəst ticarətin elə bir modelini əldə etməliyik ki, başqa ölkələr üçün örnəyə çevrilsin.

Həmçinin tərəflər elektron ticarətin inkişaf etdirilməsi, keyfiyyətli məhsulların dövriyyəsinin inkişaf etdirilməsi vasitəsi ilə gömrük fəaliyyətlərinin sadələşdirilməsi haqda, eləcə də üçüncü ölkələrdə fəaliyyət göstərmək üçün İran və Türkiyə şirkətlərinin birləşdirilməsi barədə razılıq əldə ediblər.