Zərif: İranın Suriyadakı iştirakı Dəməşqin rəsmi istəyi əsasındadır
-
Zərif: İranın Suriyadakı iştirakı Dəməşqin rəsmi istəyi əsasındadır
İran İslam Respublikasının xarici işlər naziri cümə axşamı İtaliyanın paytaxtı Romada keçirilən beynəlxalq Aralıq dənizi dialoqu adlı iclasda deyib: İran İslam Respublikası Dəməşqin rəsmi istəyi əsasında Suriyada iştiraka malikdir.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif bu iclasda həmçinin, bəzi ölkələrin İŞİD, Ənnüsrə Cəbhəsi və Taliban başda olmaqla terrorçu qruplaşmalara dəstək verdiyinə işarə edərək, deyib: Bu ölkələr hələ də yanlış seçimlər edirlər.
İran İslam Respublikasının xarici işlər naziri bəzi region ölkələrinin qonşu ölkələr ilə anlaşmaq yerinə silah almaqla öz təhlükəsizliklərini təmin edə biləcəklərini təsəvvür etmələrinə işarə edərək, deyib: bütün region ölkələri bir-biri ilə əməkdaşlıq etmək yolu ilə Yaxn Şərqi yaşamaq üçün təhlükəsiz bir məkana çevirməlidirlər.
Zərif həmçinin deyib: Səudiyə Ərəbistanı Suriyada sülh və atəşkəslə bağlı bütün seçimləri rədd edib.
İran İslam Respublikasının xarici işlər naziri Roma iclasında İran və 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşmasına da işarə edib və onu ən yaxşı anlaşma adlandırıb.