Novruz BMT-nin rəsmi təqvimində qeydə alındı
-
Novruz BMT-nin rəsmi təqvimində qeydə alındı
İran İslam Respublikasının səyləri ilə Novruz BMT-nin rəsmi təqvimində qeydə alınıb.
Xəbər televiziyasının internet portalının məlumatına görə, İranın təşəbbüsü ilə beynəlxalq gün kimi qeydə alınan Novruz 4 mərhələ sıx müzakirə və İslam Respublikasının davamlı səyləri ilə BMT-nin rəsmi təqvimində qeydə alınıb.
Hər il Novruz günlərində beynəlxalq gün kimi İranın idarəçiliyi və Novruzu dəstəkləyən ölkələrin səfirlərinin iştirakı ilə BMT-də mərasim keçirilir.
İranın bu hərəkətini həmçinin BMT baş katibi dəstəkləyib.
BMT baş katibi Antonio Quterreş Novruz haqda deyib: Novruz bir-birimizin haqqında öyrənmək, sülh, dostluq, insan haqları və insanlığın bərpası istiqamətində öhdəliklərin yenilənməsi üçün fürsətdir.
BMT Baş Assambleyası 23 fevral 2010-cu ildə qətnamə təsdiqləyərək BMT Əsasnaməsinin 49-cu maddəsi çərçivəsində və sülh mədəniyyəti adı altında 21 martı Beynəlxalq Novruz Günü adlandırıb.