İnqilab Rəhbərinin qərbli gənclərə ikinci məktubunun ildönümünün anılması mərasimi keçirilib
İslam İnqilabının Böyük Rəhbərinin Qərb ölkələri gənclərinə ünvanladıqları ikinci məktubun araşdırılması məqsədi ilə Tehranda xarici qonaqların iştirakı ilə "Həqiqətin Doğması" adlı iclas işə başlayıb.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bazar günü "Həqiqətin Doğması" iclasında deyib: İnqilab Rəhbərinin Qərb gənclərinə xitabən olan məktubları son dərəcə böyük önəmə malik olan bir təşəbbüs idi. Çünki, qarşı tərəf bunun tam əksinə rəftar edir və İslam Dünyasında təfriqə törətməyə çalışır və İslam dini ilə bağlı qaranlıq bir sima təqdim etmək istəyir.
Əli Əkbər Vilayəti həmçinin deyib: İslam İnqilabının Böyük Rəhbərinin ən çox təkidi region ölkələrində müsəlman mübarizələrə dəstəyin davam etdirilməsidir və bu məktublar İslamın şəhr edilməsi istiqamətində olub.
İslam İnqilabının Böyük Rəhbəri 2015-ci ildə Qərb gənclərinə 2 məktub ünvanlayıblar. Bu məktublarda İslam dini ilə bağlı vasitəsiz və birbaşa tanışlığa təkid edilir.