Dek 03, 2017 17:31 Asia/Baku
  • İran silahlı qüvvələrinin ali baş komandanı: Silahlı qüvvələrin gücləndirilməsi xalqın toxunulmazlığını qoruyur

İran İslam Respublikası silahlı qüvvələrinin ali baş komandanı düşmənlərin İran xalqı və İslam Respublikası quruluşu ilə sonsuz düşmənçiliklərinə işarə edərək, bu düşmənçiliklər ilə mübarizənin silahlı qüvvələrin hər gün daha artıq gücləndirilməsindən asılı olduğunu deyiblər.

Həzrət Ayətullahülüzma Xamenei bu gün İran İslam Respublikası silahlı qüvvələrinin yüksək səviyyəli komandanları və Malik Əştər festivalının seçilmişləri ilə görüşdə deyiblər: İranın silahlı qüvvələri İran xalqının düşmənlər qarşısındakı toxunulmazlığını qorumaq üçün düşüncə, əməl, əzmkarlıq və iradə baxımından ən yaxşı kadırlara ehtiyaclıdır. 

İslam İnqilabının Böyük Rəhbəri İran silahlı qüvvələrinin Malik Əştər festivalının keçirilməsi ilə bacarıqlı kadırlar baxımından irəliyə doğru hərəkətini dərinləşdirməsini alqışlayıb və deyiblər: Uğur qazanmağın əsas sirri irəliyə doğru hərəkəti durmadan davam etdirməkdir. Buna görə də məsuliyyət daşıdığınız hər bir sahədə durmadan çalışmalı və səy göstərməlisiniz. 

İran silahlı qüvvələrinin ali baş komandanı İmam Əlinin(ə) yaxın silahdaşlarından olan  Malik Əştərin adına festival təşkil edilməsini son dərəcə gözəl addım adlandırıb və deyiblər: Malik Əştər "bəsirət və doğru yolu tanımaqda", "möhkəm iradədə", "məsuliyyətli olmaq və mübarizəyə hazır olmaqda", "şücaət və komandanlıq qüdrətində" və "mənəviyyat, ibadət, təqva və təvazökarlıqda" görkəmli bir nümunədir və İran silahlı qüvvələrinin komandanları hər kəsdən daha çox bu ali və yüksək ruhiyyəni özlərində gücləndirməlidirlər. 

İran silahlı qüvvələrinin ali baş komandanı çıxış etdikdən sonra,  İran silahlı qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqeri müqavimət cəbhəsini qələbələri münasibəti ilə təbrik edib və deyib: 8-ci Malik Əştər festivalında İran silahlı qüvvələrinin 52 komandanı bacarlıqlı komandanlar olaraq seçiliblər.  

Teqlər

Şərhlər