İranın Yəməndəki səfirliyində yanğın baş verib
https://azeri.sahartv.ir/news/İran-i288215-İranın_yəməndəki_səfirliyində_yanğın_baş_verib
Bəzi informasiya mənbələri bu gün səhər raket atılması nəticəsində İranın Yəmənin paytaxtı Səna şəhərindəki səfirliyində yanğının baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2017 10:13 Asia/Baku

Bəzi informasiya mənbələri bu gün səhər raket atılması nəticəsində İranın Yəmənin paytaxtı Səna şəhərindəki səfirliyində yanğının baş verməsindən xəbər veriblər.

Fars xəbər agentliyinin Skay Nyus-a istinadlı məlumatına görə, bu yanğın Sənadakı son döyüşlərin ardınca baş veribdir.

Ərəbistanın Ələrəbiyyə telekanalı da iddia edibdir ki, bu yanğın bir raketin İranın Yəməndəki səfirliyinə dəyməsi nəticəsində baş verib. Lakin bu raketin hansı qrup tərəfindən atılmasını elan etməyibdir.

Çinin CJTN informasiya kanalı da İranın Yəməndəki səfirliyi barədə bir film yayıbdır ki, ondan qara bir tüstü qalxmaqdadır.

Hələ bu xəbər barədə artıq təfərrüat verilməyibdir.