Laricani: Terrorizmlə mübarizə sahəsində İran-Rusiya həmkarlığı davam edir
https://azeri.sahartv.ir/news/İran-i288241-laricani_terrorizmlə_mübarizə_sahəsində_İran_rusiya_həmkarlığı_davam_edir
İran İslam Şurası Məclisinin sədri deyib: İran və Rusiyanın terrorizmlə mübarizə və bu sahədə əməkdaşlıq barədəki müzakirələri davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2017 15:27 Asia/Baku
  • Laricani: Terrorizmlə mübarizə sahəsində İran-Rusiya həmkarlığı davam edir

İran İslam Şurası Məclisinin sədri deyib: İran və Rusiyanın terrorizmlə mübarizə və bu sahədə əməkdaşlıq barədəki müzakirələri davam edir.

Əli Laricani bu gün Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşdən sonra müxbirlər qarşısında əlavə edib: Terrorizmlə mübarizə sahəsində İran ilə Rusiya arasında əməkdaşlıqlar mövcuddur və iki ölkə terrorçulara, xüsusən İŞİD-ə mühüm zərbə endiribdir.

Laricani bildirib ki, İran İraq dövlətinin xahişi ilə terrorizmlə mübarizə sahəsində bu ölkə ilə həmkarlıq edibdir. O, deyib: İran Yəmənin durumu barədə də elə əvvəldən məsələnin siyasi yol ilə həllini vurğulayıb, amma bəzi ölkələr məsələni hərbi yol ilə həll etmək istəyirlər.

İran İslam Şurası Məclisinin sədri sionist rejim başçılarının İranın Suriyadakı mövqelərinə qarşı zərbə vurmağa dair ifadələri barədə isə belə deyib: İsrail rejiminin rəftarı Suriyada militarizm rəftarı olub və bu rejim həmişə Suriya qarşısında təcavüzkar rəftara malik olubdur.

Laricani habelə Moskvada keçirilən narkotik maddələrlə mübarizə üzrə beynəlxalq konfransda iştirakı barədə belə söyləyib: İran və Rusiyanın narkotik maddələrlə mübarizə sahəsindəki həmkarlıqları yaxşı istiqamətdə irəliləyir; xüsusən ona görə ki, qaçaqmalçıların izinə düşmək və onlara zərbə vurmaq istiqamətində İran ilə Rusiya arasında kəşfiyyat zabitlərinin mübadiləsi münasib olubdur.

İran İslam Şurası Məclisinin sədri vurğulayıb: BMT narkotik maddələrlə mübarizə sahəsində ölkələrin paylarını müəyyən etməlidir və İran təkbaşına narkotik maddələrlə mübarizənin xərcini ödəməməlidir.