Dek 05, 2017 09:57 Asia/Baku
  • Makı sərhəddində iranlı sərhədçi şəhid olub
    Makı sərhəddində iranlı sərhədçi şəhid olub

İranın Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə Qərbi Azərbaycan ostanında Makı sərhəd bölgəsində atışma hadisəsindən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif arasında telefon danışıqlarından xəbər verib və deyib: Rəsmi Ankara bu mövzunu dərhal araşdıracağına söz verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəhram Qasimi deyib: Dünən Makı sərhəd məntəqəsinin şimalında baş verən atışma nəticəsində bir iranlı sərhədçi şəhid olub və 4 nəfər yaralanıb. 

İranın XİN sözçüsü deyib: İran və Türkiyə XİN rəhbərlərinin telefon danışıqlarında türkiyəli tərəf iranlı sərhədçinin şəhadətinə görə başsağlığı verərək deyib: Bu hadisəni PKK terrorçuları törədiblər və Türkiyə rəsmiləri bu məsələni araşdırmaqdadırlar və nəticə iranlı rəsmilərin diqqətinə çatdırılacaq. 

Teqlər