Dek 15, 2017 09:33 Asia/Baku
  • ABŞ-dan İrana qarşı yeni şou və Zərifin reaksiyası

İran İslam Respublikasının xarici işlər naziri cümə axşamı İran əleyhinə növbəti şou nümayiş etdirən ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heyliyə reaksiya göstərib. i

Məhəmməd Cavad Zərif öz Tvitter səhifəsində ABŞ-ın keçmiş dövlət katibi Kolen Pavel və Niki Heylinin fotoşəkillərini paylaşaraq, yazıb: Daha öncə BMT-də belə bir şou və onun nəticələrini görmüşəm. 

Zərifin məqsədi Kolen Pavelin 2003-cü ildə Təhlükəsizlik Şurasında etdiyi çıxış olub. 

Niki Heyli cümə axşamı İran istehsalı olan raketlərin qalığı adlandırdığı dəmir yığını qarşısına keçərək, İrana qarşı yeni bir şou təşkil edib. 

Niki Heyli İran İslam Respublikasının Yəmən xalqına silah göndərdiyini iddia edərək, Tehranı beynəlxalq öhdəlikləri pozmaqda ittiham edib. 

Yəmən rəsmiləri dəfələrlə bu ölkə ordusu və xalq qüvvələrinin müdafiə qüdrətinin yerli imkanlar hesabına formalaşdığını vurğulayıblar. Baxmayaraq ki, Yəmən Ərəbistanın tam mühasirəsindədir. 

Teqlər