Dek 28, 2017 15:11 Asia/Baku
  • Laricani: İran və İraqın ictimai və iqtisadi əlaqələrinin inkişafı zəruridir
    Laricani: İran və İraqın ictimai və iqtisadi əlaqələrinin inkişafı zəruridir

İran İslam Şurası Məclisinin sədri İraqın təhlükəsizlik məsələləri sahəsində çətin dövrü arxada qoyduğunu bildirərək deyib: İki ölkənin əlaqələri sadəcə siyasət və təhlükəsizlik sahələri ilə məhdudlaşmamalı, iqtisadi və ictimai əlaqələrin inkişafı da zəruridir.

Əli Laricani cümə axşamı günü İraqın idman və gənclər naziri Əbdülhüseyn Əbdürrza Əbtanı Tehranda qəbul edib.

İran və İraqın əlaqələr keçmişinə münasibət bildirən Əli Laricani əlavə edib: İki ölkə hökumətlərinin əlaqələri həmişə İran və İraq xalqlarının əlaqələrindən mənşə almışdır və hazırkı şəraitdə iki ölkə arasında müsbət əməkdaşlıq potensialları mövcuddur.

İran İslam Şurası Məclisinin sədri İran və iraqın ictimai və idman əməkdaşlıqlarının genişləndirilməsinin vacibliyini qeyd edib: İraq son illərdə idman sahəsində yaxşı inkişaf etmişdir. Buna görə, iki ölkənin idman əlaqələrinin inkişafı müsbətdir və diqqəti cəlb edir.

İŞİD-lə mübarizədə İraqın strateji qələbələrini önəmli adlandıran Laricaninin sözlərinə görə, hazırkı şəraitdə siyasi birliyin yaradılması İraqın önəmli məsələlərindəndir. Belə ki, başqa ölkələrin avantüralarının qarşısı alınsın.

İraqın idman və gənclər naziri Əbdülhüseyn Əbdürrza Əbtan da bu görüşdə İran İslam Respublikasının İraq xalqı və dövlətinə dəstəklkərini alqışlayıb: İranın İraqa dəstək üzrə müsbət strategiyası bu ölkənin İŞİD terror qruplaşması qarşısında qələbəsinə şərait yaratdı.

İraqın idman və gənclər naziri həmçinin idmanı terrorizm, narkotik maddələr və ictimai qeyri-münasib vəziyyətlərlə mübarizə üçün ən yaxşı vasitələrdən biri adlandırıb: İraq hökuməti idman sahəsində İslam Respublikası ilə əlaqələri inkişaf etdirmək niyyətindədir.

İraqın idman və gənclər naziri Əbdülhüseyn Əbdürrza Əbtan bu gün səhər bir heyətin müşayiəti ilə İranın idman rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə Tehrana gəlib.

Teqlər