Türkiyə və İsfahan arasında əlaqələrin genişləndirilməsinə təkid edilib
https://azeri.sahartv.ir/news/İran-i291827-türkiyə_və_İsfahan_arasında_əlaqələrin_genişləndirilməsinə_təkid_edilib
Türkiyənin ticarət heyətinin sədri və İsfahanın icra başçısı ikitərəfli əlaqələrin inkişafına təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2018 08:42 Asia/Baku
  • Türkiyə və İsfahan arasında əlaqələrin genişləndirilməsinə təkid edilib
    Türkiyə və İsfahan arasında əlaqələrin genişləndirilməsinə təkid edilib

Türkiyənin ticarət heyətinin sədri və İsfahanın icra başçısı ikitərəfli əlaqələrin inkişafına təkid ediblər.

İRİB-nin verdiyi məlumata görə, İranın İsfahan şəhərinin icra başçısı Qüdrətullah Noruzi çərşənbə axşamı İsfahanda səfərdə olan Türkiyənin ticarət heyətinin sədri Əli Faruq Yıldırım ilə görüşdə İsfahan şəhəri icra hakimiyyətinin siyasətini günəş enerjisindən, yeni texnologiyalar və zəncirvari mağazalar şəbəkəsindən istifadə olduğunu bildirib və deyib: İsfahan bu sahələrin hər birində Türkiyə tərəfinin intestisiya qoymasını müsbət qarşılayır.

Əli Faruq Yıldırım da bu görüşdə deyib: Türkiyənin tikinti, qida sənayesi və turizm sahəsində investisiya təcrübələrinə malik olmasını nəzərə alaraq, türk sərmayə sahibləri bu sahələr üzrə iranlı və isfahanlı iş adamları və sərmayə sahibləri əməkdaşlıq edə bilərlər.