Netanyahu: İranla qarşılaşmağa davam edəcəyik
https://azeri.sahartv.ir/news/İran-i293405-netanyahu_İranla_qarşılaşmağa_davam_edəcəyik
Sionist rejimin baş nazri İsveçrədə keçirilən Davus iclasının kənarında İranın Suriyada hərbi baza yaratmasına imkan verməyəcəyini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2018 07:27 Asia/Baku
  • Netanyahu: İranla qarşılaşmağa davam edəcəyik
    Netanyahu: İranla qarşılaşmağa davam edəcəyik

Sionist rejimin baş nazri İsveçrədə keçirilən Davus iclasının kənarında İranın Suriyada hərbi baza yaratmasına imkan verməyəcəyini deyib.

Taym av İsrail qəzetinin internet portalının verdiyi məlumata görə, Netanyahu Davusda bəzi ölkələrin başçıları ilə görüşündə İranla qarşılaşmağa davam edəcəyini vurğulayıb. 

Sionist rejimin baş naziri bəzi ölkə rəhbərləri ilə görüşlərində İranla nüvə razılaşması mövzusu barədə müzakirələr aparıb. O həmçinin ölkələrin rəhbərlərini  ABŞ prezidenti Donald Trampın Qüds barədəki qərarından sonra yaranmış fürsətdən faydalanmağa çağırıb. 

Netanyahu deyib ki, o İranın Suriyada hərbi fəaliyyətinə imkan verməyəcək. " İsrail bunun qarşısını almağa səy göstərir" - deyə Netanyahu bildirib.