Qasimi: İranın Suriyadakı iştirakı rəsmi müraciət əsasında hərbi məsləhətçilikdir
İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri deyib: İran İslam Respublikasının Suriyadakı iştirakı hərbi məsləhətçilik və bu ölkənin qanuni hökumətinni müraciəti əsasındadır.
İran XİN sözçüsü Bəhram Qasimi sionist rejim qırıcı təyyarələrinin Suriya ərazisinə son təcavüzləri və onlardan birinin Suriya ordusunun havadan müdafiə bölməsi tərəfindən vurulmasına münasibət bildirərək deyib: Suriya müstəqil ölkə olaraq öz ərazi bütövlüyünü qorumaq və istənilən xarici təavüzlə mübarizə aparmaq haqqına malikdir. Sionist rejim öz mənfur xisləti olan yalançılıq və təxribatçılığı ilə regionun müsəlman xalqlarına qarşı təcavüz və cinayətlərini ört-basdır edə bilməz.
Qasimi bildirib: İranın Pilotsuz Uçan Aparatının uçuşu və təcavüzkar sionist qırıcı təyyarənin vurulmasında İranın müdaxiləsi iddiası çox gülüncdür. Hətta araşdırılmasına belə dəyməz. Çünki İran İslam Respublikası Suriya hökumətinin qanuni müraciəti əsasında bu ölkədə hərbi məsləhətçilik edir.